İlham Əliyev Mədən Hasilatı üzrə Ећəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri Kler Ећortu qəbul edib

8-10-2015, 15:00
700

http://s020.radikal.ru/i702/1510/d2/b2bbfdff12c4.jpg


Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Ећəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri Kler Ећortu qəbul edib.

İlk dəfə Azərbaycana 20 il əvvəl səfər etdiyini vurğulayan Kler Ећort ötən dövr ərzində ölkəmizdə əldə olunan inkişaf münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Kler Ећort Azərbaycanın Mədən Hasilatı üzrə Ећəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən olduğunu və bu təşəbbüsdə liderlik nümayiş etdirdiyini vurğuladı.

Xoş sözlərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrdə böyük uğurlar əldə olunduğunu vurğulayaraq Azərbaycanın Mədən Hasilatı üzrə Ећəffaflıq Təşəbbüsündə iştirakının önəmini qeyd etdi. 2006-cı ildən böyük həcmdə neft istehsalına başlanıldığını deyən Prezident İlham Əliyev yüksək neft qiymətlərinin ölkəmizdə iqtisadi inkişafın şaxələndirilməsi üçün baza yaradılmasına, sosial sahədə layihələrin icra edilməsinə, infrastrukturun qurulmasına və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə yaxşı imkanlar yaratdığını bildirdi. Hazırkı dövrdə neftin qiymətinin aşağı olmasına toxunan dövlətimizin başçısı bununla bağlı ölkəmizin gəlirlərinin azalmasına baxmayaraq, ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 70 faizə yaxın olduğunu və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük uğurların əldə edildiyini dedi.

Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Ећəffaflıq Təşəbbüsündə iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: