"Azərikimya" İB-də İstehsalat tullantı sularının təmizlənməsi qurğusunun təqdimatı

9-10-2015, 16:30
1 233

http://s017.radikal.ru/i404/1510/98/e1d336677379.jpg


"Azərikimya" İstehsalat Birliyininin konfrans zalında tikintisi Türkiyənin "İdeal Atık və Su Arıtma Sistemləri" şirkəti tərəfindən həyata keçirilən İstehsalat tullantı sularının təmizlənməsi qurğusunun təqdimat mərasimi keçirilmişdir.
Qeyd edək ki, 1967-ci ildən bəri fəaliyyət göstərən və "Azərikimya" İB-nin struktuВ­runa daxil olan müəssisələrin çirkab sularının təmizlənməsinə xidmət edən "Təmizləyici qurgular" sexinin müasir standartlara uyğun olmaması səbədindən yeni qurğunun tikilВ­məsi üçün ötən ilin əvvəllərində layihə sənədləri hazırlanaraq SOCAR-a təsdiq edilВ­mişdi. Bundan sonra isə İstehsalat tullantı sularının təmizВ­lənməsi qurğusunun layihəВ­lənВ­dirmə, təchizat, tikintiyə nəzarət və şef-montaj işlərinin satın alınması məqsədilə 2014-cü ilin noyabr ayında "Azərikimya" İstehsalat Birliyi tərəfindən açıq müsabiqə elan edilmiş, paralel ilaraq 35 xariВ­ci şirkətə tenderlə bağlı sənədlər toplusu təqdim edilmişdi.
Türkiyənin "İdeal Atık və Su Arıtma Sistemləri" şirkəti tenderin qalibi elan olunmuş və 28 iyul 2015-ci il tarixində bu şirkətlə "Azərikimya" İB arasında məişət və kimyəvi çirkab sularının təmizlənməsi qurğusunun layihələndirmə, təchizat, tikintiyə nəzarət və şef-montaj işlərinin həyata keçirilməsi ilə bağlı müqavilə imzalanmışdır.
SOCAR-ın Baş ofisinin, Ekologiya İdarəsinin, Karbamid zavodunun, SOCAR Polymer MMC-nin ETSN-nin Ətraf Mühitin Mühafizəsi departamentinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun, 4 saylı Ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinin, "Ekol Mühəndislik XidmətВ­ləri" QSC-nin nümayəndələrinin də iştirak etdiyi tədbir "Azərikimya" İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimovun Birlik müəssisəВ­lərində məişət və kimyəvi çirkab sularının idarə olunması ilə bağlı təqdimatı ilə başlamışdır.
Sonra tikinti işlərini həyata keçirməyə hazırlaşan "İdeal Atık və Su Arıtma Sistemləri" şirkəti tərəfindən "Azərikimya" İB-nin struktur bölmələrində formalaşan məişət və kimyəvi çirkab sularının təmizlənməsi üçün seçilmiş sutəmizləmə qurğusunun və ümumilikdə bu istiqamətdə görüləcək işlərin təqdimatı keçirilmişdir.
Geniş müzakirə və fikir mübadiləsi şəraitində keçən təqdimat mərasimində çıxış edənlər bu qurğunun kimya sənayesi və ümumilikdə Sumqayıt şəhəri üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: