Facebookdan daha bir yenilik

14-10-2015, 16:00
888

http://s004.radikal.ru/i206/1510/f0/285b0d05333e.jpg


Bütün dünyanı bir-birinə bağlamağı hədəf seçən Facebook, görmə məhdudiyyətli istifadəçilərin Facebook-a girişini zənginləşdirmək üçün addım atıb.

Gundelik.info Xeberler.az-a istinadən məlumat verir ki, giriş sahəsində xüsusi bir bölməsi olan sosial şəbəkə, görmə məhdudiyyətlilərin şəkilləri tanıya bilməsi üçün süni zəkadan istifadə edəcək.

Facebook-un 2012-ci ildən üz tanıma texnologiyasından istifadə edərək fotolardakı insanları tanıdığını bilirik. Qeyd edək ki, təqdim edilən yenilik eyni şəkildə insanları və obyektləri tanıyaraq görmə məhdudiyyətli istifadəçilərə tanıdır.

Süni zəka tərəfindən tanınan obyektlər şərh olaraq görüntülərə əlavə ediləcək. Facebook bu sahədə inkişaf edərək görmə məhdudiyyətlilərə daha zəngin bir sosial şəbəkə təcrübəsi qazandıracaq.

Facebook-un ilk görmə məhdudiyyətli mühəndisi Matt King də görmə məhdudiyyətlilərin fotolar qarşısındakı çətinliyini dilə gətirib və bu yeniliyin faydalı olacağını bildirib. Hazırda 1.5 milyard üzvü olan Facebook-un neçə görmə məhdudiyyətli üzvü olduğunu bilmirik.

Facebook bu məsələni ilin sonunda web və ya iOS üzərində tanıtmağı qarşısına məqsəd qoyub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: