"Nizami" stansiyası dünyanın ən gözəl 17 metro stansiyası siyahısına düşüb

16-10-2015, 18:30
865

http://s009.radikal.ru/i308/1510/58/452ecbc453e5.jpg


"Vestnik Kavkaza" saytı dünyanın ən gözəl 17 metro stansiyasının siyahısını dərc edib.
Bu siyahıya Bakı metropoliteninin "Nizami" stansiyası da daxil edilib.
Materialda stansiya haqqında məlumat verilib. Bildirilir ki, metropoliten xəttinin Bakının mühüm inzibati və elmi mərkəzlərinin yerləşdiyi dağlıq hissəsinə keçidi buradan başlayır. Dərinlikdə yerləşən "Nizami" stansiyası eskalatorla təchiz olunub. Stansiya "Azad qadın" heykəlinin yaxınlığındadır. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən yaxşı nümunələrindən istifadə olunub. Dahi və Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılan bu stansiya SSRİ Xalq Memarı, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilib və Bakı metropoliteninin ən gözəl stansiyalarından biridir. Sözün həqiqi mənasında yeraltı sarayı xatırladan bu stansiyanı Nizaminin mozaik portreti və "Xəmsə" mövzularında SSRİ Xalq Rəssamı Mikayıl Abdullayevin pannoları bəzəyir.
Dünyanın ən gözəl metro stansiyalarının siyahısına "Bulvar Formoza" (Qaosyun, Tayvan), "Toledo" (Neapol, İtaliya), Mərkəzi Vağzal Stansiyası (Nyu-York, ABЕћ), "Komsomolskaya" (Moskva, Rusiya), "Arts Et MГ©tiers" (Paris, Fransa), "Xalid Bin Əl-Valid" (Dubay, Birləşmiş Ərəb Əmirlikləri), "Vestfridxof" (Münhen, Almaniya), "Atoça" (Madrid, İspaniya) və başqaları daxildir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: