İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib

16-10-2015, 23:00
1 066

http://s011.radikal.ru/i317/1510/8b/9f225d76b9b9.jpg


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.
Nazirlikdən bildirilib ki, struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, kollegiyanın sədri Ећahin Mustafayev 2015-ci ilin 9 ayında qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, dünyadakı mənfi sosial-iqtisadi proseslərə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı bu ilin doqquz ayında da davam edib. Görülmüş işlərin nəticəsi olaraq, 2015-ci ilin 9 ayında ümumi daxili məhsul 3,7 faiz artıb, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 68 faizi ötüb, sənaye istehsalında 2,1 faiz, qeyri-neft sənayesində 10,4 faiz, kənd təsərrüfatında 6,7 faiz, ümumilikdə qeyri-neft sektorunda 6,4 faiz artıma nail olunub. Ölkə iqtisadiyyatına 16 milyard manat həcmində investisiya qoyulub, əhalinin gəlirlərində artım meyilləri davam edib və ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz, hər nəfərə düşən gəlirlər 4,5 faiz artıb. Yanvar-avqust ayları ərzində orta aylıq əmək haqqı 4,4 faiz artaraq 460 manata yüksəlib, 87 min yeni iş yeri açılıb.
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin qorunması, maliyyə intizamının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi, ərzaq təhlükəsizliyi üçün əlavə tədbirlərin görülməsi, nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin artırılması və tranzit daşımalarında prosedurların sadələşdirilməsi, turizmin inkişafı, yeni iş yerlərinin açılması və s. barədə tapşırıqlar verib.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası barədə kollegiyanın sədri bildirib ki, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarında infrastrukturun yaradılması, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili işləri davam etdirilir. Hazırda Neftçala Sənaye Məhəlləsində geniş infrastruktur şəbəkəsinin yaradılması işləri aparılır və sənaye məhəlləsi gələn ilin birinci yarısında fəaliyyətə başlayacaq.
Dövlət başçısının tapşırığına uyğun olaraq, nazirlik tərəfindən ölkənin digər regionlarında da yerli potensial nəzərə alınmaqla sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.
Kollegiya iclasında sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib. Qeyd olunub ki, Nazirlər Kabinetinin iclasında dövlət başçısı bir daha sahibkarlığın inkişafının prioritetliliyini vurğulayıb, bu sahədə əlavə tədbirlərin görülməsinə dair təkliflərin hazırlanması, yoxlamaların tənzimlənmə mexanizminin işlənməsi, sahibkarlıq subyektlərinə əsassız müdaxilənin qarşısının alınması, lisenziyaların sayının azaldılmasına dair tapşırıqlar verib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması barədə qərar qəbul edilib. İstehlak bazarına nəzarət inzibati məsuliyyət yaratmayan mexanizmlərdən (müşahidə, təhlil, nümunə müayinələri, baxış və s.) istifadə olunmaqla davam etdiriləcək. Yoxlamalar yalnız daxil olan məlumatlar əsasında iqtisadiyyat və sənaye naziri ilə razılaşdırılmaqla keçirilə bilər.
Kollegiya iclasında İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası fəaliyyətinə lisenziyaların xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısından çıxarılması barədə təkliflərin verilməsi qərara alınıb. Həmçinin, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılması, lisenziyalaşdırılan fəaliyyət növləri üzrə sahibkarlıq fəaliyyətinə dövlət qurumları tərəfindən digər mexanizmlərlə nəzarət edilməsi imkanları nəzərə alınaraq, lisenziyaların sayının azaldılmasına dair ən qısa zamanda təkliflərin hazırlanması barədə qərar qəbul olunub.
İclasda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edən iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasının sürətləndirilməsi istiqamətində nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsi barədə də məlumat verilib, bu mühüm sosial məsələyə dövlət başçısının xüsusi diqqət göstərdiyi vurğulanıb. Qeyd edilib ki, indiyədək 2200-dək dərman vasitəsinin qiymətləri təsdiq edilib, nəticədə dərman vasitələrinin qiyməti əhəmiyyətli dərəcədə endirilib. Hazırda 135 təsiredici maddə üzrə bəyannamələrin qəbulu davam etdirilir. Proses bütün dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək.
Kollegiya iclasında Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ixracın təşviqi, qeyri-neft sektorunda istehsal edilən məhsulların rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədi ilə təkliflərin hazırlanması qərara alınıb. Qeyri-neft məhsullarına verilən mənşə sertifikatı ilə bağlı aparılan ekspertiza xidmətlərinə görə tariflərin 30 faizədək azaldılmasına dair Tarif (qiymət) Ећurasına müraciət edilməsi barədə qərar qəbul edilib.
Qeyri-neft ixracının artırılması, yeni ixrac bazarlarına çıxış imkanlarının araşdırılması, Qazaxıstanın Aktau şəhərində olduğu kimi, digər bölgələrdə də bu cür logistik mərkəzlərin yaradılması imkanlarının araşdırılması barədə nazirliyin müvafiq struktur bölmələri qarşısında vəzifələr müəyyənləşdirilib.
Kollegiyanın sədri Ећahin Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
Kollegiya iclasında həmçinin dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələr, o cümlədən inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.
İclasda cari məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: