Naxçıvanda keçirilən beynəlxalq konfransda 100-dən çox görkəmli elm xadimi və tədqiqatçı iştirak edir

17-10-2015, 00:00
988

http://s013.radikal.ru/i325/1510/06/466b0422533b.jpg


Oktyabrın 16-da "Naxçıvan" Universitetində bu ali təhsil ocağının, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin və Türkiyənin Ərdahan Universitetinin təşkilatçılığı ilə "Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 5 ölkənin 35 elm və təhsil müəssisəsindən 100-dən çox görkəmli elm xadimi, mədəniyyət işçisi və tədqiqatçılar iştirak edir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər. Heydər Əliyev Muzeyi ilə tanış olan qonaqlara buradakı eksponatlar barədə ətraflı məlumat verilib.
Sonra "Naxçıvan" Universitetinə gələn konfrans iştirakçıları universitet şəhərciyi ilə də yaxından tanış olublar.
Ali təhsil ocağının konfrans zalında işə başlayan "Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri" adlı beynəlxalq konfransda tədbirin moderatoru, "Naxçıvan" Universitetinin idarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev bildirib ki, Böyük İpək Yolu adlanan və tarixən ölkələr və xalqlar arasında iqtisadi, ticarət və mədəni əlaqələrin həyata keçirilməsində müstəsna əhəmiyyəti olan bu layihənin reallaşdırılması məhz ümummilli lider Heydər Əliyevin gərgin və çoxşaxəli fəaliyyətinin, qətiyyətinin nəticəsidir. Bu layihənin reallaşması nəticəsində Asiya və Avropa ölkələrini əhatə edən böyük bir coğrafiyada iqtisadi, ticarət əlaqələri daha da genişlənəcək.
Elbrus İsayev qeyd edib ki, Ећərqlə Qərb arasında mühüm məntəqə sayılan və Azərbaycanın qədim zamanlardan inkişaf etmiş mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən olan qədim Naxçıvan ərazisi Yaxın Ећərqin ticarət mərkəzləri ilə Cənubi Qafqazı, Orta Asiyanı və Uzaq Ећərq ölkələrini əlaqələndirən əsas karvan yolları üzərində yerləşirdi. Bu ərazi Avropa və Yaxın Ећərq ölkələrinin həyatında hələ qədim dövrlərdən çox mühüm siyasi, strateji və iqtisadi rol oynayırdı. Bunu vaxtilə bu ərazidən keçən beynəlxalq ticarət yollarının aktiv fəaliyyəti ilə daha aydın izah etmək olar.
"Naxçıvan" Universitetinin rektoru, professor İsmayıl Əliyev tədbirin təşkilatçıları, eləcə də ali təhsil ocağının professor-müəllim heyəti adından beynəlxalq konfransın iştirakçılarını salamladıqdan sonra çıxışında ali təhsil ocağı barədə ətraflı məlumat verib. Beynəlxalq tədbirin əhəmiyyəti barədə danışan rektor bildirib ki, bugünkü konfrans bəşər sivilizasiyasının inkişafında çox mühüm rol oynamış, öz əhəmiyyətini müasir dövrümüzdə də getdikcə daha inadla təsdiqləyən bir tarixi gerçəkliyə həsr olunub. İlk əvvəllər Çin ipəyini daha uzaq coğrafiyalarda yerləşən, həyatı, yaşam tərzi, sənayesi vaxtilə çox da zəngin olmayan Qərb ölkələrinə çatdıran İpək Yolu zaman keçdikcə bir ticarət yolu olmaqla bərabər, həm də Ећərqdən Qərbə çox geniş ərazidə yaşayan xalqların mədəniyyətinin, mənəviyyatının, iqtisadiyyatının, həyat uğrunda mübarizəsinin yönəldici amilinə çevrildi. Böyük İpək Yolu insanlığın inkişaf tarixində əvəzsiz rol oynadı. Müasir dövrdə bu yolun bərpasının zəruriliyi daha çox gündəmdə olan bir məsələdir.
"Naxçıvan" Universitetinin rektoru deyib: "Çox aktual bir problemə həsr olunmuş bugünkü beynəlxalq konfransın əhatə etdiyi məsələlərə əhəmiyyətli bir töhfə olacağına inanırıq. Konfransda çox dəyərli elm xadimlərinin, araşdırmaçıların iştirakı bu qənaəti daha da möhkəmləndirir". İsmayıl Əliyev "Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri" mövzusunda beynəlxalq konfransı açıq elan edib və konfransın işinə uğurlar arzulayıb.
Sonra AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin "Naxçıvan Azərbaycanda dövlətin yaranmasınadək olan dövrdə (ən qədim zamanlardan eradan əvvəl IV minilliyədək)", Türkiyənin Ərzurum Atatürk Universitetinin professoru İbrahim Atnurun "Türk-Sovet əlaqələrinin qurulmasında Naxçıvan faktoru", Türkiyənin Ərdahan Universitetinin prorektoru, professor Orhan Söyləməzin "İpək Yolu üzərində təhsilin inkişafının yeni üfüqləri: Qafqaz Universitetlər Birliyi", Qazaxıstan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun professoru Erbulat Smaqulovun "Türküstan şəhərinin qədim iç qalası (Cənubi Qazaxıstan): Memarlıq, tipologiya, tarix" mövzularında məruzələri dinlənilib.
Məruzəçilərə xatirə plaketləri təqdim edilib.
İki gün davam edəcək beynəlxalq konfrans öz işini "Beynəlxalq münasibətlər və iqtisadiyyat", "Tarix, arxeologiya və etnoqrafiya", "Coğrafiya mədəniyyət və təhsil" və digər mövzularda keçirilən bölmə iclasları ilə davam etdirir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: