UNEC-də Müstəqillik Günü qeyd olunub

17-10-2015, 09:30
1 021

http://s008.radikal.ru/i306/1510/a6/ce192ef4eec5.jpg


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov kollektivi bu əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir. Xalqımız müstəqilliyini qazandıqdan sonra onu itirmək təhlükəsi ilə üzləşdi. Lakin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi nəticəsində biz bu müstəqilliyi qoruyub saxlaya bildik. Məhz ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ümummilli lider Heydər Əliyev "müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Bunun nəticəsidir ki, Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Bu gün də müstəqilliyimiz ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən qorunub saxlanılır.
Rektor görkəmli iqtisadçi alim, akademik Ziyad Səmədzadənin müstəqilliyimizin əldə olunması prosesinin həm canlı şahidi, həm də iştirakçısı olduğunu vurğuladı. Bildirdi ki, məhz onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən Ali Sovetin sessiyasında "Azərbaycan Respublikası müstəqillik haqqında" Konstitusiya Aktı qəbul edildi.
Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə Müstəqillik Gününün tarixi haqqında məlumat verdi. Bildirdi ki, müstəqilliyin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin atdığı məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Onun rəhbərliyi ilə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası hazırlandı. Ölkənin iqtisadi potensialı sürətlə artmağa başladı, Dövlət Neft Fondu yaradıldı. Bu gün ölkəmiz regionun ən güclü dövlətinə çevrilib.
Akademik daha sonra bildirdi ki, müstəqilliyimizin bundan sonra da qorunub saxlanılması üçün iqtisadi gücümüzü artırmalıyıq. Bunun üçün iqtisadçı alimlərin üzərinə mühüm vəzifə düşür.
Tədbir UNEC-in professoru Hidayət Orucovun Azərbaycanın müstəqillik tarixindən bəhs edən çıxışı ilə davam edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: