Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz düzgün yolla inkişaf edir

17-10-2015, 10:00
887

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz düzgün yolla inkişaf edir


Nüfuzlu "Arthur J.Finkelstein & Associates" ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzinin keçirdiyi sorğunun nəticələri bunu bir daha təsdiqləyir

Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə istinad etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Qazanılan nailiyyətlər hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir.
Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin..." - deyən cənab İlham Əliyev ulu öndərin dövlətçilik irsinə sədaqətini bir daha nümayiş etdirir. Dövlət başçısı irəli sürdüyü bu prinsipləri gerçəkliyə çevirmək üçün ardıcıl, məqsədyönlü və uğurlu fəaliyyət göstərmiş, bütün məsələlərdə məhz xalqın mənafeyini əsas götürmüşdür.
Ölkə rəhbərinin məqsədyönlü fəaliyyəti nəticəsində ilk növbədə Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmışdır. Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə müəyyənləşdirilən balanslaşdırılmış xarici siyasət kursunun davamlığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə inkişaf etdirilmişdir. Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında son illər respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.
Azərbaycan bu gün Ећərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Ећərq üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan Qərbdə yalnız zəngin neft və qaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir.
Qarşıdan mühüm siyasi kampaniya - parlament seçkiləri gəlir. Azərbaycanda keçirilən hər seçki müstəqil dövlətimizin seçki təcrübəsində mühüm irəliləyişlə səciyyəvidir. 1993-cü ilin iyun ayından etibarən ölkəmizdə keçirilən prezident, parlament, bələdiyyə seçkiləri, o cümlədən referendumlar seçki praktikasının təkmilləşdirilməsi baxımından böyük uğurlarla yadda qalmış, bu sahədə qazandığımız nailiyyətlər sıx əməkdaşlıq münasibətlərini getdikcə inkişaf etdirdiyimiz aparıcı dövlətlərdə, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında da böyük rəğbətlə qarşılanmışdır. V çağırış Milli Məclisə seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün də ölkə rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər həyata keçirilməkdədir. Seçici siyahıları tam dəqiqləşdirilib və seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün işlər görülüb.
Prezident İlham Əliyevin ulu öndərin təkmil siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi praqmatik, müasir lider imicinə malik olması, müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda bölgədə və bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına zəmin yaratmışdır. Nüfuzlu beyənlxalq təşkilatlar və mərkəzlər Azərbaycanda seçkiqabağı situasiyanı yüksək qiymətləndirir və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin düzgün yolla inkişaf etdiyini bildirirlər.
Bu günlərdə Amerikanın nüfuzlu "Arthur J. Finkelstein & Associates" ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzi Azərbaycan əhalisi arasında qarşıdan gələn parlament seçkiləri ilə bağlı keçirdiyi sorğunun nəticələrini dərc edib. Məlumatda deyilir: "Seçicilərin təxminən 80 faizi hesab edir ki, Azərbaycan hazırkı hakimiyyət orqanlarının rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir və Dağlıq Qarabağ münaqişəsi ölkə gündəmində ən vacib məsələdir".
İctimai rəy sorğusu 5,1 milyon azərbaycanlı seçicinin qərarına təsir göstərən geniş əhatəli məsələlər üzərində cəmləşib. "Onların ölkəsi düzgün istiqamətdə irəliləyirmi" - sualına iştirakçıların 77,1 faizi müsbət, 14,7 faizi mənfi cavab verib. Sorğu edilənlərin 41,3 faizi deyib ki, onları narahat edən ən mühüm məsələ beynəlxalq qətnamələrin Ermənistan işğalçı ordusunun dərhal çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu işğal altında saxlamasıdır. Respondentlərin 7,2 faizi isə iqtisadi məsələlər üzrə narahatlığını bildiriblər. "Arthur J. Finkelstein & Associates" beynəlxalq mərkəzin icraçı direktoru Corc Bernbaum vurğulayıb ki, rəyi soruşulan hər beş seçicidən biri qeyd edib ki, Dağlıq Qarabağ problemi dövlət qarşısında ölkə iqtisadiyyatı ilə bağlı məsələlərdən daha mühüm məsələ olaraq qalır.
Geosiyasi məsələlərlə bağlı respondentlərin 81,7 faizi qeyd edib ki, Azərbaycan regionda "sabitlik adasıdır", bir çox ölkələr bu regionda qeyri-sabit durumdadır. Respondentlərin 71 faizi Avropada baş verən hadisələri nəzərə alaraq, ölkənin indiki rəhbərliyinin Azərbaycanda immiqrasiya böhranının yayılmasının qarşısını almağa hazır və iqtidarı olduğunu vurğulayıb. Rəyi soruşulan vətəndaşların 80 faizindən çoxu qeyd edib ki, Qərb partnyorları ilə təhlükəsizlik sahəsində əməkdaşlıq edən dövlətin rəhbərliyi ölkəni terrorizmdən uğurla müdafiə edir. Sorğunun məlumatına görə, seçicilərin 74,4 faizi öz seçimini müəyyən edərək Yeni Azərbaycan Partiyasının namizədlərini üstün tuturlar. Mərkəzin məlumatına görə, 14 faiz isə öz seçimində qərarlaşmayıb.
Sorğu iştirakçılarına onların Prezident İlham Əliyevin indiki işini necə dəyərləndirdikləri barədə də sual verilib. Respondentlərin 82,1 faizi "yaxşı" və "əla" cavablarını veriblər. Məlumatın sonunda bildirilir ki, "...sorğunun nəticələri təsdiq edir ki, seçicilər siyasi və iqtisadi sabitlik, terrordan uzaq olmaq, seçilən qanunvericilərdən Azərbaycanın Dağlıq Qarabağ regionunun qaytarılması uğrunda mübarizəni davam etdirmələrini gözləyirlər. Ümumilikdə 1000 respondentin iştirak etdiyi sorğu bu il sentyabrın 28-dən oktyabrın 9-dək Azərbaycanın 108 seçki dairəsində aparılıb.
Xatırladaq ki, bu yaxınlarda ölkə başçısı 2015-ci il üzrə beynəlxalq "Cənub-Cənub" mükafatına layiq görülüb. Sentyabrın 26-da Nyu-Yorkda mükafatın təqdim olunması mərasimi keçirilib. Mərasimdə bildirilib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Prezidenti İlham Əliyev "Cənub-Cənub" mükafatı ilə təltif olunub.
"Rəy" Monitorinq Mərkəzinin cari ilin iyulun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri də bu baxımdan diqqəti cəlb edir. Cavablardan görünürdü ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni, 89,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi. Bütün bunlar göstərir ki, ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət daha böyük nailiyyətlərin əldə olunacağına əminlik yaradır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: