Müdafiə naziri Dövlət Müstəqilliyi Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

17-10-2015, 13:30
932

http://s020.radikal.ru/i707/1510/10/1a6f449a0aeb.jpg


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zabitləri, gizirləri, miçmanları, kursantları, çavuşları, əsgərləri və matrosları əlamətdar gün münasibətilə təbrik edən nazir dövlət müstəqilliyinin əldə edilməsinin xalqımızın ən böyük nailiyyətlərindən biri olduğunu vurğulayıb. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edildiyini, əhalinin həyat səviyyəsinin yaxşılaşdığını diqqətə çatdıran nazir respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunduğunu və müstəqilliyimizin daha da möhkəmləndiyini vurğulayaraq bildirib: "İnanıram ki, siz silah və texnikanın sirlərini dərindən mənimsəyəcək, bilik və bacarığınızı, ata və babalarımızın qəhrəmanlıq nümunələrindən bəhrələnərək döyüş qabiliyyətinizi daha da artıracaq, dövlət müstəqilliyimizin qorunması və işğal olunmuş torpaqlarımızın azad edilməsi naminə hər an döyüşə hazır olacaqsınız".


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: