Ukraynada sərnişin gəmisinin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub

18-10-2015, 15:00
794

http://s019.radikal.ru/i604/1510/46/122b7b6e64ca.jpg


Ukraynada Odessa yaxınlığında sahildən 300 metr məsafədə "İvolqa" sərnişin gəmisinin çevrilməsi 12 nəfərin ölümünə səbəb olub.
Gəminin göyərtəsində 36 nəfərin olduğu bildirilib. Xəsarət alan 20 şəxs xəstəxanaya yerləşdirilib. İtkin düşmüş iki nəfərin axtarışları davam etdirilir.
Hadisəyə dənizdə güclü fırtınanın səbəb olduğu göstərilir. Bununla yanaşı, gəmidə xilasedici jiletlərin lazımi sayda olmaması ölənlərin sayının artması ilə nəticələnib.
Ölkənin Baş naziri Arseni Yatsenyuk hadisənin araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.
Faciə ilə əlaqədar oktyabrın 18-i Odessada matəm günü elan olunub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: