Sutka ərzində atəşkəs rejimi 58 dəfə pozulub

18-10-2015, 16:00
748

http://s017.radikal.ru/i436/1510/5a/a21dbd7394b3.jpg


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 58 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çaylı, Çiləbürt, Qızıloba, Ağdam rayonunun Kəngərli, Sarıcalı, Ећuraabad, Ећıxlar, Baş Qərvənd, Mərzili, Cəvahirli, Novruzlu, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 63 dəfə atəş zərbəsi endirib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: