Finlandiyada nəşr edilən kitabda Azərbaycan ilə bağlı yol verilən təhriflərə etiraz bildirilib

18-10-2015, 18:00
803

http://s017.radikal.ru/i443/1510/3e/a082d308e373.jpg


Finlandiyada nəşr edilən kitabda Azərbaycan, o cümlədən Dağlıq Qarabağ ilə bağlı yol verilən ciddi təhriflərə qarşı etiraz bildirilib.
Bu barədə Finlandiyada fəaliyyət göstərən Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay məlumat verib. O bildirib ki, Espoo şəhərində keçirilən III Ümumfinlandiya tematik konfransında Finlandiya Sosial-Demokrat Partiyasının nümayəndəsi Kimmo Kiljinen dünya dövlətləri və bayraqları haqqında yazdığı kitabı təqdim edib. Lakin kitabda Azərbaycan ilə bağlı ciddi yanlışlıqlara yol verildiyi üzə çıxıb.
A.Oqtay bu barədə deyib: "Kitabla yaxından tanış olduqda orada ciddi səhvlərə yol verildiyini gördüm və bunu dərhal müəllifə bildirərək etiraz etdim. Müəllif kitabda Ermənistan dövləti və bayrağı haqqında yazıda göstərir ki, guya 1992-ci ildə Dağlıq Qarabağ Rusiya və Azərbaycan tərəfindən güc yolu ilə Ermənistandan alınıb. İkinci böyük səhv isə Azərbaycan dövləti və bayrağı haqqında olan yazıda idi. Burada da göstərilib ki, 1918-1920-ci illərdə Dağlıq Qarabağ əhalisinin 80 faizi erməni olduğu üçün Moskva Dağlıq Qarabağa muxtariyyət verib".
Arzu Oqtay kitabın müəllifinə tarixi faktlara bu məlumatların tam yanlış olduğunu sübut edib. Müəllif isə ciddi səhvlərə görə üzr istəyərək qısa zamanda onları düzəldəcəyinə söz verib.
Tədbirdə Arzu Oqtay çıxışı zamanı, həmçinin İkinci Dünya müharibəsində Azərbaycanın faşizm üzərində Qələbəyə verdiyi töhfələr barədə geniş məlumat verib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: