İlham Əliyev Kosta-Rikanın xarici işlər və etiqad nazirini qəbul edib

19-10-2015, 13:30
970

http://s019.radikal.ru/i613/1510/87/b5409acda6e5.jpg


Prezident İlham Əliyev Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.

Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu deyən Prezident İlham Əliyev nazir Manuel Qonzales Sanzın ölkəmizə səfərini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu vurğuladı, əlaqələrimizin gələcəkdə müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət, mədəniyyət və digər sahələrdə genişləndirilməsinin vacibliyini qeyd etdi.

Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz indiyədək Azərbaycana Kosta-Rikadan ən yüksək səviyyəli dövlət nümayəndəsi kimi səfər etməsindən məmnunluğunu bildirdi. O, Bakıda gördüyü sürətli inkişaf proseslərinin, paytaxtımızda həyata keçirilən abadlıq və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını dedi. Nazir öz növbəsində ölkəsinin Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: