Giorgi Kvirikaşvili: Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

19-10-2015, 17:30
1 078

http://s019.radikal.ru/i632/1510/21/c722d6642311.jpg


Oktyabrın 19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Görüşdə Oqtay Əsədov Azərbaycan ilə Gürcüstan arasındakı tarixi dostluq münasibətlərindən danışıb. O bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra əməkdaşlıq yeni müstəvidə inkişaf edir. Milli Məclisin sədri əlaqələrimizin daha da möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyət daşıdığını vurğulayıb. O, bu səfərin də əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.
Azərbaycana səfərindən məmnun olduğunu deyən Giorgi Kvirikaşvili dost ölkələrimizin yüksək səviyyədə olan münasibətlərindən söhbət açıb. "Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır", - deyən Baş nazirin müavini ölkəsinin əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: