Suriya ordusu Hələb istiqamətində irəliləyir

19-10-2015, 19:45
1 172

http://s019.radikal.ru/i615/1510/d3/bc1ff5ca952e.jpg


Suriya ordusu ölkənin müxtəlif hissələrində ekstremistlərin mövqelərinə hücumu davam etdirir. Ећərqdə yerləşən Deyr əz-Zor əyalətində hökumət qoşunları strateji əhəmiyyətli hava limanının yaxınlığındakı ərazini nəzarətə götürmüşdür. Əməliyyat zamanı İЕћİD-in komandirlərindən biri Əbu Seyf İraqi öldürülmüşdür. Bu barədə SANA informasiya agentliyi xəbər verir.
"Əl-Qaidə"nin Suriyadakı özəyinin - "ən-Nüsrə" cəbhəsinin praktiki olaraq tam nəzarət etdiyi Hələb əyalətində hökumət ordusu İranın xüsusi təyinatlıları və Rusiya aviasiyasının dəstəyi ilə beş kəndi və bir neçə yüksəkliyi ələ keçirmişdir.
Təsdiqlənməmiş məlumata görə, Hələb əyalətinə aviasiya zərbələri nəticəsində "ən-Nüsrə"nin rəhbərlərindən biri, Səudiyyə Ərəbistanı vətəndaşı Sənafi Nəsr məhv edilmişdir.
Hökumət qüvvələri ilə ekstremistlər arasında döyüşlər həmçinin Homs və Həma şəhərləri arasında davam edir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: