"Bölgələrdən paytaxta" layihəsi növbəti dəfə Bakıda

20-10-2015, 07:00
1 009

http://s017.radikal.ru/i431/1510/f2/63a99e19856f.jpg


Oktyabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bölgələrdən paytaxta" adlı layihənin növbəti 9-cu təqdimatı Xaçmaz rayonuna həsr edilib.
Layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Bakı Ећəhər Turizm İdarəsi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun tarixini, mədəniyyətini və adət- ənənəsini əks etdirən sərgi açılıb.
Əvvəlcə tədbir iştirakçıları Xaçmaz rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da müsbət təsirini göstərib. Dövlət başçısı tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzi istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb.
Nazir diqqətə çatdırıb ki, artıq ölkəmizdə respublika səviyyəli tədbirlərlə yanaşı, beynəlxalq tədbirlərin təşkili də ənənə halını alıb. O, Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərinin əvəzsiz olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliği, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə baş tutan "Bölgələrdən paytaxta" adlı layihə Azərbaycanın mədəni və tarixi potensial imkanlarından xəbər verir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Ећəmsəddin Xanbabayev bildirib ki, bu gün regionların iqtisadi-sosial və mədəni inkişafi dövlətimizin başçısının diqqət və qayğısının nəticəsidir. O deyib ki, belə təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verir.
Tədbirdə Xaçmazın müasir inkişafını əks etdirən videoçarx nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib.
İlin sonunadək layihə Zaqatala rayonuna və Gəncə şəhərinə də şamil ediləcək.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: