Gəncə Dövlət Universiteti ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb

20-10-2015, 20:00
723

http://s020.radikal.ru/i705/1510/86/13cbd0b12e2e.jpg


Gəncə Dövlət Universiteti ilə Özbəkistandakı Nizami Gəncəvi adına Daşkənd Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
İmzalanma mərasimi Gəncə Dövlət Universitetində keçirilib. Müqaviləyə əsasən, hər iki ali təhsil müəssisəsi arasında tələbə-müəllim mübadiləsi həyata keçirilməklə, elmi-tədqiqat işləri də aparılacaq. Bundan başqa memorandumda ali təhsil müəssisələrində yeni kitabların nəşri, birgə elmi konfransların keçirilməsi də nəzərdə tutulub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: