Yeni Quran Möcüzəsi tapıldı

21-10-2015, 15:00
0
Жалоба

http://s011.radikal.ru/i318/1510/86/823c5072b046.jpg


Habl (Hubble) Kosmos Teleskopu

...göyə bir vasitə uzatsın, sonra kəssin və baxsın.....(Həcc surəsi, 15)

Bildiyimiz kimi, Quranın insanları düzgün yola dəvət edici xüsusiyyətindən əlavə, bir də Quranın gələcəyə aid verdiyi xəbərləri mövcuddur. Quran ayələrində qeyd olunan, yəni Quran nazil olarkən, vəhy ilə peyğəmbərimiz (s.ə.v) -in zamanında baş vermiş, gələcəkdən xəbər verən və reallaşmış bir çox hadisələr var.
Məslən Bizansın qələbəsi: Bizansın qələbəsi ilə bağlı ayə, xristian rumların bütpərəst iranlılara çox ağır şəkildə məğlub olmasından təxminən 7 il sonra - eramızın 620-ci ilində göndərilmişdi. Ayələrdə Bizansın çox yaxın vaxtlarda qalib gələcəyi xəbər verilirdi. Halbuki, həmin vaxt Bizans o qədər itki vermişdi ki, onun yenidən qalib gəlməsi hələ bir tərəfə dursun, özünün ayaq üstə qalması imkan xaricində olan məsələ kimi görünürdü. Sasanilər bizanslıları 613-cü ildə Antakyada məğlub edərək qələbələrini Ећam, Kilikiya, Tarsus və Qüdsü də işğal etməklə davam etdirmişlər. Xüsusilə 614-cü ildə Qüdsün itirilməsi, Müqəddəs Məzar Kilsəsinin xaraba qoyulması və xristianlığın simvolu olan В«Həqiqi xaçВ»ın sasanilər tərəfindən ələ keçirilməsi bizanslılara ağır zərbə olmuşdu.
Qısası, hamı Bizansın yox olmasını gözləyirdi. Lakin bu dövrdə "Rum" surəsinin ilk ayələri vəhy edildi və Bizansın uzağı 9 il ərzində iranlılara təkrarən qalib gələcəyi xəbər verildi. Bu qalibiyyət o qədər uzaq, o qədər qeyri-mümkün görünürdü ki, ərəb müşrikləri də Quranda xəbər verilən bu zəfərin heç vaxt baş verməyəcəyini fikirləşirdilər.
Ancaq Quranın bütün xəbərləri kimi bu da, şübhəsiz ki, baş verdi. (Məkkənin fəthi də buna misal ola bilər.)

Bir daha tarixə və Quranda gələcəyə aid xəbər verilən məlumatlara nəzər yetirsək, görərik ki, Hz. Məhəmməd (s.ə.v) -in vəfatından sonra da bir cox hadisələr baş vermişdir. Məsələn İsrail oğullarının təkəbbürlü yüksəlişi, parçalanıb dünyanın müxtəlif yerlərinə dağılmaları və yenidən İsrail dövlətini qura bilmələri. Bunların olacağı əvvəlcədən Quranda bildirilmişdir. İsrail oğulları hz. Yəhyanı öldürdükləri və hz. İsanı öldürmək üçün tələ qurduqları dövrdə, yəni təkəbbürlü yüksəlişlərindən və fitnə-fəsadlarından sonra bizim eranın 70-ci ilində romalılar tərəfindən Qüdsdən sürgün edilmişdilər və bütün dünyaya yayılmışdılar. Peyğəmbərimizə (s.ə.v.) ayə vəhy ediləndə də yəhudilər müxtəlif ölkələrdə dağınıq yaşayırdılar və onların heç bir dövləti yox idi. Ancaq Allah ayələrdə İsrail oğullarına təkrarən güc verəcəyini xəbər vermişdir.

Bir də elmi-texniki inkişaf nəticəsində, Quranın elmi möcüzələri başlığı altında, saysız Quran möcüzələri zamanımıza xas olaraq, Allah tərəfindən inananların əli ilə kəşf etdirilmişdir. Bunlardan biri də, yeni bilinən yuxarıdakı Hubble cihazından söhbət gedən ayədir. Əlbəttə ən doğrusunu Allah bilir. Amma Quranın bu yönündən də istifadə etmək, müsəlmanlar üçün bir lütufdur, çünki bunlar iman həqiqətlərindəndir. Məsələn, bu ayədə göyə bir vasitə uzadın deyilir. Kosmosa Hubble cihazından başqa bir çox cihazlar göndərilib. Amma bu cihaza işarə edilməsi, onun xüsusi funksiyasına görədir. Cihazın özəlliyi çəkilən şəkillərin kəsilib bir araya gətirilərək, sonradan baxılmasıdır. Alınan rəsimlər kəsilir, sonra bir araya gətirilir və tam bir rəsim halında baxılır.

Məlumdur ki, Quranın əsas vəzifəsi insanları Allahın yoluna dəvət etməkdir və elm, digər möcüzələr buna bir vasitədir. Amma çağırışı qebul etməyənlər daim olmuşdur. Həcc surəsi, 15-ci ayəni tam şəkildə yazsaq görərik ki, bu ayə elmi dəlilləri görən, amma yenə də inkarçı yolu seçən insanlara xitab olunur. Ayə bütövlükdə belədir.

"Kim, Allahın ona, dünyada və axirətdə qəti olaraq kömək etməyəcəyini zənn edirsə, göyə bir vasitə uzatsın, sonra kəssin və baxsın, qurduğu nizam, onun hirsini azalda biləcəkmi?" (Həcc surəsi, 15)

İnkarçılıq nə deməkdir?


İnkarçılıq - Allah yoxdur, müstəqil iradəyə sahibik, köməkçi, yardımçı qüvvə insanın özüdür özünə, axirət də yoxdur, ona görə də sorğu-suala ehtiyyac yoxdur, bu səbəblə də, (Allahı tənzih edirik) Yaradıcı bir gücə ehtiyyacımız yoxdur deyə inanan bir inanc formasıdır. Bu inancı təsdiq etmək üçün də, dünyada bir sistem yaradıldı. Materyalizm, Darvinizm. Bu inanc həm də qədim paqan inancıdır. Bu inanc elmlə aidiyyatı olmayan batil dindir.

Darvinistlər kainatın yaradılmadığına, sonsuz əvvəl və sonsuz davam edərək var olduğuna inanmaq istəyirlər. Yəni materiyaya güc veririlər, paqanizmdə də bu belədir (Kainatın özünün yaranma gücünə sahib olması inancı).
Amma bu yanlış və yalana söykənən nəzəriyyələri elmi faktlar alt-üst edir. Big Bang nəzəriyyəsi qətiliyi sübut edilmiş elmi məlumatdır. Big Bang dünynanın ani bir partlayışla yoxdan yaradıldığını sübut edir. Hubble cihazı ilə də çəkilən şəkillər də, bir daha Big Bangi təsdiq edici görüntülərə sahibdir.

Ayədə qeyd edilir, Allahı və axirəti inkar edənlər, göyə yenə vasitə göndərsinlər, baxsınlar, hər dəfəsində qurduqları nizamın səmimiyyətsizliyini, yalanını ortaya çıxardacaq bilgiləriı gördükcə, boş bir düşüncəni inadcasına qorumaq istəyən insanların, hirsləri aza biləcəkmi?!

Qurulan bu yalan sistem hər keçən gün insanlar tərəfindən daha da bilinir. Və nəzəriyyələrini ayaqda saxlaya bilmək üçün, bu insanlar öz dırnaq arası elmlərinə sübut axtarışında olurlar. Amma bir dənə belə dəlilləri yoxdur. Elm tamamilə əksini deyir. Dəlil adıyla irəli sürdükləri məlumatların qurması ortaya çıxdıqca isə, aciziyyətləri və hirsləri daha da artır. Allahın yaratdığı, Onun qanunlarının işlədiyi bir sistemdə var olmayan yalanın sübutunu axtarmaq kimi böyük bir cəhalət ola bilməz.

Elm adamı olan Rocer Bekon-nun da dediyi kimi "Əslində elm insanların inancı qəbul etmələrini təmin edən böyük üstünlüyə malikdir." "Gələcəkdə, indi və keçmişdə şahid olacağımız kimi elm inananlar üçün faydalıdır."

"Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir kitab (Quran) gətirdik. (Əraf surəsi, 7) - Biz onlara yaradılışı elmlə müfəssəl izah etdiyimiz, öyüdlərimizlə də inananlar üçün hidayət və mərhəmət olan Quranı nazil etdik deyə buyrulur ayədə. Yaradılış elmlə hər sahədən mükəmməl izah olunub. İstər zülallardan tutmuş, DNT-lərə qədər, istər kainatdakı incə hesablamalarla var edilmiş sistemlərə qədər. Və Yaradıcı ilahımızın öyüdləri ilə də dünyada ən gözəl sosial həyat qurula bilər, çünki fərd olaraq da ən gözəl əxlaq sayəsində, Cənnət kimi həyat yaşana bilər. Çünki mərhəmət və hidayətin yeganə ünvanı Qurandır.
(p.s-Necə ki, Yaradılışı ört-basdır etmək istəyən insanlar var, eləcə də xurafatlarla İslamı çətin din kimi göstərmək istəyənlər var.)

Təsadüf ola bilməz. çünki;
- Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır
- Zülal olmadan DNT əmələ gələ bilməz
- DNT olmadan zülal əmələ gələ bilməz
- Zülal olmadan zülal əmələ gələ bilməz
- Tək bir zülalın meydana gəlməsi üçün 60 müxtəlif zülal lazımdır
- Bu zülalların bir dənəsi belə yoxdursa, zülal var ola bilməz
- Ribosom olmadan zülal əmələ gəlməz
- RNT olmadan da zülal əmələ gəlməz
- ATP olmadan zülal əmələ gəlməz
- ATP-yi yaradacaq mitoxondri olmadan da zülal meydana gəlməz.
- Hüceyrə nüvəsi olmadan zülal əmələ gəlməz
- Sitoplazma olmadan da zülal meydana gəlməz
- Hüceyrədəki orqanoidlərdən bir dənəsi əskik olsa zülal əmələ gələ bilməz
- Hüceyrədəki bütün orqanoidlərin var olması və çalışması üçün də zülallar lazımlıdır


Kainatla bağlı hər kəsin bildiyi bir məlumatı qeyd edə bilərik ki, Ulu Yaradan Kainatı elə zərgər dəqiqliyi ilə yaradıb ki, hətta cüzi bir dəyişiklik bütün Kainatın məhvinə gətirib çıxarar. Hesablamalar göstərir ki, əgər Yerdən Günəşə qədər olan məsafə cəmi 5 faiz kiçik olsaydı, onda təqribən 4 milyard il bundan qabaq Yer kürəsində hər şey yanıb məhv olardı. Digər tərəfdən həmin məsafə cəmi 1 faiz böyük olsaydı, onda təqribən 2 milyard il bundan qabaq Yer kürəsi tamamilə donardı.

Elm inanc üçün faydalıdır. Allahın elmi, yaratma gücü, sahib olduğu bənzərsiz qüdrəti, bunları dərk edəcək ağıla sahib edir, insanların inanclarını kamilləşdirir.

__________________________________________________
Araşdırmağınız və oxumağınız üçün tövsiyyə etdiyimiz saytlar
Bu mövzuyla bağlı dəqiq və daha ətraflı məlumatları bilmək üçün.
1. Quranın gələcəyə dair verdiyi xəbərlər
2. Quranın keçmişdə reallaşan gələcək xəbərləri
3. Quranın elmi möcüzələri - www.quranmocuzeleri.org

4. Quran elmə yol götərir. www.quranelmeyolgosterir.com
Bu saytda dahi alimlərin kəşfləri və həyat yaradıcılıqları ilə bağlı məlumatlar və inanclı şəxsiyyətlər kimi söylədikləri düşüncələri mövcuddur.
5. Elmi mövzular. - http://www.elmimovzular.com/cat-8-astronomiya
Bu saytda Big Bangla bağlı məlumatları oxuya bilərsiniz.

Esmira Nizami qızı


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация