BMT Günü ərəfəsində Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib

23-10-2015, 04:00
1 091

http://s020.radikal.ru/i708/1510/55/56cd1490ba46.jpg


Birləşmiş Millətlər Təşkilatı Gününü qeyd etmək üçün "Dünyanı BMT mavi rənginə boya" adlı qlobal kampaniya çərçivəsində və BMT-nin 70 illik yubileyi münasibətilə oktyabrın 24-də Heydər Əliyev Mərkəzinin binası mavi rənglə işıqlandırılacaq.
Bununla əlaqədar oktyabrın 22-də Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib.
Heydər Əliyev Mərkəzinin Aparat rəhbəri Məhəmməd Abdullayev mətbuat konfransını açaraq qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, millətlər arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi, insan həyatının və hüquqlarının müdafiəsi, davamlı inkişafın təmin edilməsi və digər istiqamətlərdə fəaliyyətini cəmləşdirən BMT ilə Azərbaycan arasında əməkdaşlıq gündən-günə inkişaf edir. Hələ müstəqilliyimizin ilk illərində BMT ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olub. Məhz Ulu Öndər bu mötəbər qurumun tribunasından xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılması, dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə layiqli yer tutması üçün fəal iş aparıb, bu təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verib.
Aparat rəhbəri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun BMT-nin müxtəlif qurumları ilə elm, təhsil, səhiyyə, ərzaq təhlükəsizliyi və digər sahələrdə birgə uğurlu layihələr həyata keçirdiyini deyib. Vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri seçilməsi və uğurlu fəaliyyəti həmin istiqamətlərdə yeni nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.
Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı Günü ilə bağlı "Dünyanı BMT mavi rənginə boya" adlı qlobal kampaniya çərçivəsində və BMT-nin 70 illik yubileyi münasibətilə oktyabrın 24-də Heydər Əliyev Mərkəzinin binasının mavi rənglə işıqlandırılması ölkəmizin BMT prinsiplərinə sadiqliyini nümayiş etdirir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk BMT Günü ilə bağlı dünyanın hər yerində keçirilən aksiyaya ölkəmizin də qoşulmasının əhəmiyyətini qeyd edib və bundan məmnunluğunu bildirib. BMT ilə Azərbaycan arasında sıx münasibətlərin olduğunu deyən Antonius Bruk tədbirdə BMT-nin müxtəlif qurumlarının nümayəndələrinin iştirak etdiyini vurğulayıb. Ölkəmizdə 23 ildən artıq uğurla fəaliyyət göstərdiklərini bildirən A.Bruk bu ilin sentyabrında Baş Assambleyada BMT-nin 2030-cu ilə qədər dövr üçün Dayanıqlı İnkişaf Gündəliyinin qəbul edildiyini və Azərbaycanın da bunu dəstəklədiyini diqqətə çatdırıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: