Sumqayıt Kimya Sənaye Parkında iki yeni zavodun tikintisinə 700 milyon manat investisiya qoyulacaq

23-10-2015, 07:00
857

http://s017.radikal.ru/i424/1510/96/ab7c7ce9ccee.jpg


Sumqayıtda sosial-iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər qazanılıb, genişmiqyaslı tikinti-abadlıq işləri görülüb.
Bu barədə Sumqayıt Ећəhər İcra Hakimiyyətində 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda ətraflı məlumat verilib.
İcra hakimiyyətini başçısı Zakir Fərəcov hesabat məruzəsində bildirib ki, Sumqayıt Texnologiya Parkında altı zavodun tikintisi başa çatmaq üzrədir. Sumqayıt Kimya Sənaye Parkında isə iki zavodun tikinti işlərinə başlanıb. Burada respublikamızda ilk propilen zavodu tikiləcək ki, onun da illik istehsal gücü 180 min ton olacaq. Zavod 2017-ci ildə işə düşəcək. 2018-ci ildə isə polietilen zavodunun inşası başa çatdırılmalıdır. Bu zavodların tikintisinə 700 milyon manat investisiya qoyulacaq. Həmçinin Azərsun-Sumqayıt Sənaye Parkında tara fabrikinin və azot gübrəsi istehsal edəcək karbamid zavodunun tikinti işləri aparılır.
Yığıncaqda bildirilib ki, Sumqayıt bu gün tikinti meydançasını xatırladır. Ећəhərin 1, 3, 6, 9, 17 və 18-ci mikrorayonlarında, 47, 48-ci məhəllələrində daxili yolların, bağlar massivinə gedən yolun asfalt örtüyü təmir olunub. Heydər Əliyev, Azərbaycan prospektləri və 20 Yanvar küçəsi boyunca yaşayış binalarının fasadları aqlay üzlük daşlarla üzlənir. Ећəhərin əsas girişində - Sülh küçəsinin başlanğıcında yolun genişləndirilməsinə, Çerkassı küçəsinin təmirinə və dənizkənarı ərazidə yenidənqurma işlərinə, Heydər Əliyev Mərkəzinin yeni binasının inşasına başlanılıb. Həmçinin şəhərdə 38 uşaq bağçasının dam örtüyünün və istilik sisteminin əsaslı təmir olunması, 17 və 18-ci mikrorayonlarda yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi, zirzəmilərdə əsaslı təmir işləri aparılır. Ећəhərdə məhkəmə kompleksinin və şəhər prokurorluğunun yeni binasının tikintisi davam etdirilir.
Hesabat yığıncağında işdə yol verilən nöqsanlardan da danışılıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: