Londonun nüfuzlu qəzeti Azərbaycan turizmindən bəhs edir

23-10-2015, 12:00
788

http://s019.radikal.ru/i640/1510/5d/88cc9913bac7.jpg


Londonda nəşr edilən "City AM" qəzetində Azərbaycanda turizmin inkişafı, füsunkar bölgələrimizin gözəlliklərindən bəhs edilən məqalə dərc olunub.
Qəzetin müxbiri Aleks Dudok de Vit ölkəmizi ziyarət etdikdən sonra təəssüratlarını oxucularla bölüşüb. Müəllif qeyd edib ki, Azərbaycanda əcnəbi turistlər üçün hər cür şərait yaradılıb. Müəllif məqaləsinin əvvəlində ölkəmizin coğrafi mövqeyi və sərhədləri haqqında məlumat verib. Daha sonra ziyarət etdiyi bölgələrimiz-Ећəki, İsmayıllı, Bakı və başqa şəhər və rayonlarımızdakı gözəlliklər barədə oxucuları məlumatlandırıb.
Azərbaycanın tarixi abidələri, mətbəxi, mədəniyyəti və.s. haqqında geniş məlumat verən müəllif Ећəki şəhərindəki tarixi sənət əsəri-Ећəki Xan Sarayı, Bakıdakı "Atəşgah" məbədinin qədim dövrlərin mədəniyyət inciləri olduğunu vurğulayıb.
Sonda müəllif Azərbaycan xalqının qonaqpərvər və mehribanlığını da xüsusilə qeyd edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: