Gənc yazarlar II GƏM-in məzunu oldu

23-10-2015, 16:00
1 232

http://s018.radikal.ru/i521/1510/a2/ea6c22b9389d.jpg


22 Oktyabr 2015-ci il tarixində, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin məzunları ilə görüş keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin gənclər ilə üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Azərbaycan Yazıçılar Birliyinin və Gənclər Ећurasının üzvü, Prezident təqaüdçüsü, gənc yazar Emin Piri, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Ећurasının sədr müavini Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının "Nəsr" bölməsi üzrə rəhbəri, gənc xanım yazar Ећəfa Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, AYB, DGTYB üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Gülnar Səma və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan "Gənc Ədiblər Məktəbi"nin rəhbəri Rəşad Məcid tədbir iştirakçılarını salamlayaraq, yaranma tarixindən ürək dolusu danışıb, məzunlara isə yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.
Məzunlara diplomlar təqdim olunub.Tədbirin yüksək səviyyədə keçirilməsi üçün zəhməti keçən hər kəsə başda Azərbaycan Yazıçılar Birliyini sədri, Xalq yazıçısı Anar olmaqla, öz təşəkkürünü bildiriblər.Məzunlar isə öz növbələrində ürək sözlərini bölüşərək, duyğu və düşüncələrini dilə gətiriblər.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: