Sığorta-pensiya sisteminin inkişafı tədbirləri uğurla davam etdirilir

28-10-2015, 09:00
1 053

http://s017.radikal.ru/i408/1510/6f/8e7dc2c34303.jpg


Respublikamızda sürətlə həyata keçirilən inkişaf strategiyası hər bir sahədə, o cümlədən sosial sferada mühüm irəliləyişə səbəb olub. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı sürətlə artır və bu, nəticə etibarilə həm də vətəndaşların sosial rifahnının, həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yol açır.
İqtisadiyyatın ardıcıl inkişafı, cəmiyyətin əsas sosial problemlərinin, həmçinin yoxsulluğun azaldılması problemlərinin həlli üçün münbit şərait yaradıb. Təsadüfi deyil ki, 2016-cı ilin dövlət büdcəsində də sosial sahəyə ayrılan vəsaitlər əvvəllər olduğu kimi xüsusi çəkiyə malikdir.
Xüsusilə qeyd etməliyik ki, sosial sferada mütərəqqi islahatların həyata keçirilməsi nəticəsində yeni sosial müdafiə sistemi təşəkkül tapıb. Belə ki, pensiya təminatı üzrə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılıb. Bu sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunub, o cümlədən sığortaolunanlara fərdi hesablar açılaraq, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılıb. Bununla yanaşı, uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədi ilə pensiya təminatı sisteminin maliyyə dayanıqlılığının möhkəmləndirilməsinə və sığorta prinsiplərinin daha da dərinləşdirilməsinə hədəflənən islahat tədbirlərinin davam etdirilməsinin mühüm əhəmiyyəti var.
Prezident İlham Əliyevin 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" məhz bu məqsədə xidmət edəcək. Sənəd ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır. Konsepsiyanın həyata keçirilməsinin nəticəsi kimi təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil edəcək, pensiya təminatı sisteminin yığım potensialı güclənəcək, qanunvericilikdə sığortaya dair prinsiplər təkmilləşdiriləcək, sosial sığorta haqqı normativinin strukturu təkmilləşdiriləcək.
Konsepsiyada qarşıya qoyulan məqsədlərin həyata vəsiqə alması üçün bu gün genişmiqyaslı islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması, həmçinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri uğurla davam etdirilir. Bu tədbirlərin tərkib hissəsi kimi Füzuli rayonunda da fondun yerli şöbəsi tərəfindən pensiyaçılara göstərilən xidmət səviyyəsinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
DSMF Füzuli rayon şöbəsi tərəfindən hazırda 10415 nəfər pensiyaçıya xidmət göstərilir. Bu barədə məlumat verən şöbənin müdiri Zəfər Hətəmovun sözlərinə görə, bunlardan 6121 nəfər yaşa görə, 3804 nəfər əlilliyə görə, 490 nəfər ailə başçısını itirməyə görə pensiya alanlardır. Pensiyaçılara göstərilən xidmətin daha da yüksək keyfiyyətlə təmin olunması məqsədilə cəmiyyətin bu həssas insanlarına şöbə əməkdaşları tərəfindən lazımi qayğı və diqqət göstərilməklə, onların şöbəyə etdiyi bütün müraciətləri vaxtında araşdırılır, sorğuları ətraflı cavablandırılır və qaldırdıqları problemlər qanunvericilik çərçivəsində həll olunur. Ећöbədə vətəndaşların qəbulu üçün gündəlik növbətçilik tərtib olunub, onların müraciətləri diqqətlə öyrənilir və qanunamüvafiq cavablar verilir. Söhbət etdiyimiz pensiyaçılardan Məqsəd Əliyev, Əliş Hüseynov, Bayram Əhmədov, Musa Məhərrəmov və başqaları şöbədə göstərilən xidmətin səviyyəsindən razılıqlarını ifadə etdilər.
DSMF Füzuli rayon şöbəsi 2015-ci il üzrə məcburi dövlət sosial sığorta haqlarının toplanamsı üzrə proqnoz tapşırığının icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirir. Ећöbə müdirinin sözlərinə görə, cari ilin ötən dövrü ərzində hüquqi və fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqlarının toplanması işləri lazımi qaydada aparılıb. Xatırladaq ki, 2014-cü ilin birinci yarımilliyində qeyri-büdcə təşkilatları üzrə proqnoz-tapşırığa əsasən 305 min 675 manat vəsait toplanıb. 2015-ci ilin müvafiq dövründə isə qeyri-büdcə təşkilatları üzrə proqnoz-tapşırığa əsasən 315 min manat vəsait yığılıb. Eyni zamanda rayon ərazisindəki torpaq mülkiyyətçilərinin məcburi dövlət sosial sığorta ödənişinə cəlb edilməsi işi müvəffəqiyyətlə həyata keçirilir. Sosial sığorta haqlarını vaxtında ödəməyən hüquqi şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun olaraq müvafiq sanksiyalar tətbiq olunur.
Ећöbənin müdiri vətəndaşlara göstərilən elektron xidmətlərdən, xüsusən sığorta haqları üzrə hesabatların elektron qaydada qəbulundan danışdı. Onun sözlərinə görə, hesabatlarını elektron formada təqdim etməkdə çətinliklə üzləşənlərə kömək məqsədilə şöbənin giriş hissəsində "Yardım Masaları"təşkil olunaraq əhaliyə xidmət üçün lazımi şərait yaradılıb. Hazırda həm hüquqi, həm də fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlar elektron qaydada qəbul edilir.
DSMF Füzuli rayon şöbəsində fərdi uçotun təşkili və tətbiqinə hazırlıqla bağlı müəyyən işlər də aparılır, sığortaolunanlara sosial sığorta yığımları ilə vətəndaşlara təyin olunacaq pensiya məbləği arasında əlaqə barədə, eləcə də "Sosial Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun mahiyyəti haqqında geniş məlumat verilir, zəruri izahat işləri aparılır. Fərdi uçot sisteminin tətbiq dairəsinin daha da genişləndirilməsi məqsədiylə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində davam etdirilən tədbirlər nəticəsində 2015-ci ilin 9 ayı ərzində şöbənin fərdi uçot sektoru tərəfindən əlavə olaraq yeni sığortaolunanlara fərdi şəxsi hesablar açılıb.
Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq rayon əhalisinin mövcud problemlərini yerindəcə öyrənib lazımi tədbirlər görülməsi məqsədilə rayonun ayrı-ayrı yaşayış məntəqələrində keçirilən səyyar qəbullarda DSMF rayon şöbəsinin əməkdaşları da fəal iştirak edirlər. Belə qəbullarda pensiyaçılar tərəfindən olunan müraciətlərə dərhal baxılır və qanunvericilik çərçivəsində operativ həll olunur.
Zəfər Hətəmov dedi ki, DSMF Füzuli rayon şöbəsi bundan sonra da pensiya və müavinətlərinin vaxtında ödənilməsi, idarə, müəssisə və təşkilatlardan məcburi sosial sığorta ayırmalarının toplanması, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qeydiyyata götürülməsi, fərdi uçot sisteminin tətbiqi üçün fəaliyyətini layiqincə həyata keçirəcək, işini çevik mexanizmlərə uyğun quracaq. Həmçinin şöbənin kollektivi məcburi dövlət sosial sığorta sahəsində, əhalinin sosial müdafiəsi və pensiya təminatında islahatların aparılması ilə əlaqədar irəli gələn vəzifələrin hərtərəfli yerinə yetirilməsi üçün maksimum çalışacaq, pensiyaçılara yüksək səviyyəli xidmət göstərmək üçün səylərini səfərbər edəcək.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: