Rusiyanın aparıcı KİV nümayəndələri SOCAR-da olublar

30-10-2015, 02:00
760

http://s009.radikal.ru/i307/1510/af/439c8eb206e3.jpg


Azərbaycan ilə Rusiyanın yüksək səviyyəli nümayəndə heyətlərinin görüşləri neft-qaz sənayesində əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi üçün mühüm töhfələr verir.
Azərbaycan Respublikası Dövlət Neft Ећirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, bu fikirləri oktyabrın 29-da Parlament seçkiləri ərəfəsində ölkəmizə gəlmiş Rusiyanın aparıcı KİV nümayəndələri ilə keçirilən görüşdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib. O, qonaqlara Azərbaycanın neft-qaz sənayesinin tarixi, gələcək perspektivləri haqqında ətraflı məlumat verib, Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan layihələrinin önəmini vurğulayıb.
X.Yusifzadə Rusiya ilə Azərbaycan arasında ictimai həyatın bütün sahələrində dostluq və strateji tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu bildirib, iki ölkənin neft-qaz sektorunda böyük təcrübəyə malik əməkdaşlıq əlaqələrinin bu münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib. O, Rusiya və Azərbaycan neftçiləri arasında həmişə mehriban və səmimi işgüzar münasibətlər olduğunu xatırladıb və bu münasibətlərin yeni dövrdə inkişaf etdirildiyini diqqətə çatdırıb.
SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlərdən danışıb, aşkar edilmiş yeni neft-qaz yataqları, şaxələndirilmiş neft-qaz kəmərləri sistemi, enerji sektoruna yatırılan sərmayələr, eləcə də işlənilən yataqlarda hasilatın stabilliyinin uzun müddət saxlanılması və artırılması istiqamətində görülən işlər barədə ətraflı söz açıb. O bildirib ki, SOCAR artıq beynəlxalq şirkətə çevrilib və bir çox beynəlxalq layihələrin iştirakçısıdır.
T.Qəhrəmanov hazırda ölkəmizin Avropanın ən iri infrastruktur layihəsini – "Cənub" qaz dəhlizini həyata keçirdiyini, bu dəhlizin tərkib hissələri olan TANAP və TAP qaz kəmərləri üzrə işlərin gedişi haqqında məlumat verib. O, SOCAR-ın Neft-Qaz emalı və Neft-Kimya Kompleksi layihəsi haqqında da jurnalistləri məlumatlandırıb, kompleksin inşasının SOCAR-ın böyük nailiyyətlər əldə etməsinə yeni imkanlar yaradacağını qeyd edib.
Ећirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov SOCAR-ın bu gün Azərbaycanda müşahidə olunan genişmiqyaslı sosial-iqtisadi yüksəlişin önündə getdiyini vurğulayıb. O, Beynəlxalq aləmdə nüfuz qazanmış SOCAR-ın bu gün dünyada 13 nümayəndəlik açdığını, gənclər üçün Xarici təqaüd Proqramı həyata keçirdiyini, ingilisdilli neftçi kadrlar hazırlayan Bakı Ali Neft Məktəbinin, eləcə də savadlı və peşəkar fəhlə kadrlar hazırlayan Təlim Mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib.
Sonra SOCAR rəsmiləri rusiyalı jurnalistləri maraqlandıran sualları cavablandırıb, KİV nümayəndələri Azərbaycanın neft-qaz sənayesi haqqında qısa filmə baxıblar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: