Azərbaycan-Qırğızıstan əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunub

30-10-2015, 13:45
699

http://s017.radikal.ru/i443/1510/1a/1d99f4b93fdd.jpg


Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun Qırğızıstan Prezidenti Aparatı rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Sapar İsakovla görüşündə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsinə dair müzakirələr aparılıb.
Səfir bildirib ki, Azərbaycanın və Qırğızıstanın dövlət başçıları İlham Əliyev və Almazbek Atambayev ölkələrimiz arasında əməkdaşlığın inkişafına önəm verirlər. Məhz bunun nəticəsidir ki, son iki il ərzində həm Bişkekdə, həm də Bakıda mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızıstanda yayılması, Qırğızıstanın Azərbaycanda daha yaxından tanıdılması istiqamətində mühüm işlər görülüb.
Sapar İsakov son illər ərzində ölkələrimiz arasında əməkdaşlığın inkişafında səfirliyin rolunu xüsusi vurğulayıb. Azərbaycanın uğurları haqqında danışan Prezident Aparatı rəhbərinin müavini ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının genişləndirilməsi, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində Qırğızıstanın maraqlı olduğunu bildirib.
Görüşdə ölkələrimizin dostluq münasibətlərinin inkişaf etdiyi bildirilib, müxtəlif tədbirlərdə Azərbaycanın və Qırğızıstanın dövlət başçılarının, hökumət qurumları nümayəndələrinin görüşlərinin keçirilməsi yüksək qiymətləndirilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: