İndoneziyada meşə yanğınları nəticəsində həlak olanların sayı artır

30-10-2015, 15:20
858

http://s017.radikal.ru/i435/1510/54/e974d6849e5c.jpg


İndoneziyanın bəzi regionlarında iki aydır davam edən meşə yanğınları nəticəsində həlak olanların sayı ən az 24-ə çatıb. Bu barədə oktyabrın 30-da Milli Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyi məlumat yayıb.
Yerli hakimiyyət orqanları əvvəllər 19 nəfərin həlak olduğunu bildirmişdi. Xilasedicilərin məlumatına görə, dörd nəfər Yava adasında yanğını söndürməyə çalışarkən həlak olub. Daha bir nəfərin həlak olması səbəbi isə məlum deyil.
Hazırda yanğınlar Sumatra və Kalimantan adalarını, o cümlədən Yava adasının əhalinin sıx yaşadığı ərazilərini ağuşuna alıb.
İndoneziya hökuməti yardım üçün qonşu ölkələrə müraciət etmək məcburiyyətində qalıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: