Suriya ordusunun Duma mahalına hücumları nəticəsində 47 nəfər həlak olub

30-10-2015, 16:55
673

http://s019.radikal.ru/i636/1510/d6/9d46f837ada4.jpg


Suriya ordusu paytaxt Ећamın şərqində yerləşən Duma mahalındakı məskunlaşma yerlərinə 11 yerdən hücum edib.
Hücumlar zamanı aralarında qadınların və uşaqların da olduğu 47 nəfər ölüb, 100 insan isə yaralanıb. Yaralılar təcili yardım maşınları və digər vasitələrlə səhra xəstəxanalarına çatdırılıb.
Səlahiyyətlilər mərmilərin düşdüyü yerlərdə böyük maddi ziyanın meydana gəldiyini, mülki müdafiə qüvvələrinin isə uçmuş evlərin altından çoxlu sayda ölü və yaralı çıxardığını bildiriblər.
Oktyabrın 29-da isə Suriya ordusuna məxsus döyüş təyyarəsinin Dumadakı məskunlaşma yerinə hava hücumu zamanı 14 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdı.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: