Ukraynada Berluskoniyə qarşı cinayət işi qaldırıldı

30-10-2015, 18:55
742

http://s010.radikal.ru/i311/1510/c5/200c3c88f6c1.jpg


Ukrayna hakimiyyət orqanları İtaliyanın sabiq baş naziri, "İrəli, İtaliya!" partiyasının lideri Silvio Berluskoniyə qarşı cinayət işi qaldırmışdır. Bu barədə UNİAN agentliyi xəbər verir.
Berluskoni qanunsuz olaraq Krım yarımadasına getməkdə ittiham olunur. Onu 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Öz növbəsində Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin və Berluskoninin Krıma səfərini pisləmişdir. Nazirliyin yaydığı bəyanatda deyilir ki, bu səfər Ukrayna tərəfi ilə razılaşdırılmamışdır. Ukrayna diplomatiya idarəsi həmçinin qeyd etmişdir ki, Berluskoninin hərəkətləri Avropa İttifaqının siyasətinə ziddir.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Təhlükəsizlik Xidməti italyan siyasətçinin ölkə ərazisinə girişinə qadağa qoymuşdur. Berluskoni yalnız üç ildən sonra Ukrayna sərhədini keçə bilər.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: