"Air Liquide" Azərbaycanda yaradılan sənaye parklarına maraq göstərir

30-10-2015, 23:00
854

http://s020.radikal.ru/i711/1510/f6/e64926f9f88e.jpg


Fransanın "Air Liquide" şirkəti Azərbaycanda yaradılan sənaye parklarına maraq göstərir.
Bu fıkır iqtisadiyyat və sənaye naziri Ећahin Mustafayevin Bakıda səfərdə olan Fransanın "Air Liquide" şirkətinin vitse-prezidenti Filip Kristodol ilə keçirdiyi görüşdə səsləndirilib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazir Ећahin Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin genişləndiyini, fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini qeyd edib. Ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən sənayenin inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayan Ећahin Mustafayev "Air Liquide" şirkəti ilə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb, əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan və Fransa arasında əlaqələrin yüksək səviyyədə olması əməkdaşlığın daha da inkişafına geniş imkanlar yaradır.
"Air Liquide" şirkətinin vitse-prezidenti Filip Kristodol təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verərək şirkətin sənaye qazlarının istehsalı sahəsində ixtisaslaşdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, dünyanın 80 ölkəsində fəaliyyət göstərən şirkət Azərbaycan ilə əməkdaşlığa, eləcə də ölkəmizdə yaradılan sənaye parklarına maraq göstərir. 2014-cü ildə Fransanın "Air Liquide" şirkəti ilə "Sumqayıt Kimya Sənaye Parkı" MMC arasında Anlaşma Memorandumu imzalanıb. Hazırda memorandumda nəzərdə tutulan istiqamətlər üzrə Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq davam etdirilir. Filip Kristodol şirkətin ölkəmiz ilə əlaqələrin genişləndirilməsində, o cümlədən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidənqurulması layihəsində iştirakda maraqlı olduğunu deyib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: