"SPE International"ın prezidenti Bakı Ali Neft Məktəbində təqdimat keçirib

4-11-2015, 14:00
923

http://s017.radikal.ru/i411/1511/75/a603f743a1f0.jpg


"SPE International"ın (Neft Mühəndisləri Cəmiyyəti) prezidenti Neytan Miihan Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri görüşdə bu ali məktəbin rektoru Elmar Qasımov qonağa rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyəti, transmilli şirkətlərlə qurulan əməkdaşlıq və yeni istifadəyə veriləcək kampus haqqında məlumat verib.
Rektor, həmçinin tələbələr üçün istehsalat təcrübəsinin təşkilində beynəlxalq şirkətlərin rolundan, BANM-in tələbələrinin SPE-dəki fəaliyyətindən danışıb və təhsil müəssisəsinin 47 nəfər tələbəsinin 4-6 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək Neft Mühəndisləri Cəmiyyəti (NMC) İllik Texniki Konfransınin işində yaxından iştirak edəcəyini qeyd edib.
Gələcəkdə SPE-nin zəngin kitabxana resurslarının BANM-in tələbələrinin istifadəsinə veriləcəyini bildirən E.Qasımov tələbələrin peşəkar mütəxəssislərlə görüşlərinin əhəmiyyətini də xatırladıb.
Görüşdən məmnun qaldığını bildirən "SPE International"ın prezidenti Neytan Miihan SPE-nin müasir biliklərin cəmiyyətdə yayılmasında rolu, onun fəaliyyətinin əsas istiqamətləri, sənaye müəssisələri, elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələri və neft-qaz sənayesində həyata keçirilən innovasiyalar haqqında tələbələrə ətraflı məlumat verib.
Eyni zamanda hazırda Baker Hughes şirkətində baş icra məsləhətçisi vəzifəsində çalışdığını qeyd edən qonaq neft yataqlarının işlənməsi, ehtiyatların qiymətləndirilməsi, quyuların üfüqi analizi sahələrində 37 ildən artıq olan beynəlxalq təcrübəsindən bəhs edib.
Sonra N.Miihan təqdimatla çıxış edib və tələbələri maraqlandıran sualları cavablandırıb.
Rektor qonağa BANM-in "Fəxri qonaq" diplomunu təqdim edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: