Dövlət Bayrağı Günü münasibətilə poçt markası dövriyyəyə buraxılıb

5-11-2015, 16:40
875

http://s020.radikal.ru/i703/1511/2d/d2e6285eb76c.jpg


Noyabrın 5-də Dövlət Bayrağı Muzeyində Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə çap olunmuş poçt markasının təqdimatı olub.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi İlqar Mustafayev bu təntənəli günün tarixindən söz açıb. Dövlət Bayrağının milli suverenliyin simvolu olduğunu deyən İ.Mustafayev bildirib ki, Azərbaycan Prezidentinin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il Dövlət Bayrağı Günü qeyd edilir. Bayramın 5-ci ildönümündə bu markanın dövriyyə buraxılması əlamətdar hadisədir.
Rabitə və informasiya texnologiyaları nazirinin birinci müavini İltimas Məmmədov bildirib ki, suveren dövlətin atributlarından biri kimi indiyədək Dövlət Bayrağı Günü münasibətilə "Azərmarka" MMC tərəfindən poçt markaları dövriyyəyə buraxılıb. İ.Məmmədov bu markaların filatelistlər və diplomatik nümayəndəliklər vasitəsilə bütün dünyaya yayıldığını qeyd edib. Onun sözlərinə görə, bu günədək Azərbaycan bayrağına həsr olunan 100-lərlə marka dövriyyəyə buraxılıb.
Daha sonra üzərində Dövlət Bayrağı Meydanının təsvirinin yer aldığı zərf və markaların dövriyyəyə buraxılması münasibətilə ştempel vurulması mərasimi keçirilib. Marka və zərflər rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi İlqar Mustafayev tərəfindən ştempellənib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: