Özbəkistan mətbuatında Azərbaycan kəlağayısı haqqında məqalə dərc edilib

6-11-2015, 13:00
708

http://s017.radikal.ru/i414/1511/21/c819dcb8a19c.jpg


Özbəkistanın silkway.uz, 1news.uz portallarında Azərbaycan kəlağayısı haqqında məqalə çap olunub.
Məqalədə bildirilir ki, Azərbaycanda geniş yayılan kəlağayı ipəkdən hazırlanan qadın baş örtüyünün istifadə olunan növlərindən biridir. Kəlağayıda əsasən qədim və geniş yayılmış süjetlər, gül motivləri və müxtəlif ornamentlər əks olunur. Böyük İpək Yolunun üzərində yerləşdiyindən Azərbaycan ticarət üçün tranzit rolu oynayıb.
Yazıda Azərbaycan iqliminin ipəkçilik üçün əlverişli olduğu, Çin ipəyindən heç də geri qalmayan Azərbaycan ipəyinin hazırlandığı qeyd olunur. "Azərbaycanda erkən orta əsrlərdə ənənəvi ipək emalı mərkəzləri formalaşmış və ölkənin Basqal, Gəncə, Ећəki, Ећirvan şəhərlərində ipək parçaların hazırlanması geniş yayılmışdı", - deyə müəllif bildirir.
Materialda deyilir ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya kəlağayının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunması barədə sənədi təqdim edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: