Müdafiə naziri cəbhə bölgəsində hərbi şəhərciklərdə aparılan tikinti işlərinin gedişatını yoxlayıb

8-11-2015, 22:00
838

http://www.azerbaijan-news.az/images/contents/normal/cf37b70d004800c715d96234c062d158.jpg


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.
Müdafiə nazirliyinin rəhbərliyi cəbhəboyu zonadakı yeni inşa edilən üç hərbi şəhərcikdəki qərargahlar, yataqxanalar, döyüş texnikası üçün saxlanclar, sıra meydanları, yeməkxanalar, tibb məntəqələri, inzibati bina və qurğularda, eləcə də iki hamam-camaşırxana-qazanxana komplekslərində gedən tikinti işləri ilə tanış olub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərində Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Müdafiə Nazirliyinin rəhbərliyi yeni tikilən əsgər yeməkxanalarından birində hərbi qulluqçularla birlikdə nahar edib, mülki qulluqçularla söhbət edərək onlara müvafiq göstəriş və tövsiyələrini verib.
Cəbhə bölgəsinə səfər çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov tikilməkdə olan digər hərbi şəhərciklərə də baş çəkərək inşaat işlərinin keyfiyyətli ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini veriblər.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: