Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

9-11-2015, 13:30
1 028

http://s004.radikal.ru/i205/1511/12/4759881dfb76.jpg


Dövlət Bayrağı Günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanlığı adından şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarı ziyarət olunub. Müdafiə Nazirliyi adından general-mayor Rasim Əliyev, Daxili Qoşunların komandanlığı adından isə general-mayor Ећirin Xəlilov Milli Qəhrəmanın məzarı önünə əklillər və gül dəstələri qoyublar.
Sonra Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: