Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatı

9-11-2015, 14:00
991

http://i016.radikal.ru/1511/62/1441e0b1a2ad.jpg


Ötən gündən etibarən bəzi kütləvi informasiya vasitələrində Gürcüstan ilə sərhəddə yerləşən "Sınıq Körpü" gömrük-keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Dövlət Gömrük Komitəsi bildirir ki, qeyri-iş günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müəyyən artım müşahidə olunub. Nəticədə ötən gün qonşu ölkəyə gedənlərin kütləvi şəkildə geri qayıtması Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük-keçid məntəqəsində qısamüddətli, cüzi sıxlığın yaranmasına səbəb olub. Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb. Hazırda "Sınıq Körpü" gömrük-keçid məntəqəsində nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində hər hansı sıxlıq müşahidə olunmur.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: