Azərbaycanın və Britaniyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir

9-11-2015, 15:00
1 131

http://s020.radikal.ru/i703/1511/d5/62f7be60411b.jpg


Noyabrın 9-da Böyük Britaniyanın "British Council" təşkilatı Birləşmiş Krallığın və Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına dair tədbir keçirib.
Müvafiq qurumların, ali təhsil müəssisələri nümayəndələrinin, gənclərin iştirak etdikləri tədbirdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
"British Council" təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt Böyük Britaniya və Azərbaycan universitetləri arasında əlaqələrin inkişafı perspektivlərindən danışıb. Qeyd edilib ki, ölkələrimizin təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi üçün imkanların yaradılması "British Council" təşkilatının fəaliyyətində prioritet istiqamətlərdəndir.
Elizabet Vayt azərbaycanlı gənclərin Böyük Britaniya universitetlərində təhsil almağa maraqlarının artdığını da xatırladıb.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov Azərbaycan-Böyük Britaniya təhsil əlaqələrinin əhəmiyyətindən bəhs edib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində reallaşdırılan tədbirlər barədə məlumat verən S. Gözəlov, eyni zamanda, ölkəmizin Avropa universitetləri ilə əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
"Erasmus +" proqramının Azərbaycandakı ofisinin rəhbəri Pərviz Bağırov bu qurumun həyata keçirdiyi proqram və layihələr barədə məlumat verib.
Sonra Böyük Britaniyanın müxtəlif universitetləri (Cardiff University, Lancaster University, Queen Mary University of London, University of Glasgow, University of Surrey və s.) haqqında təqdimatlar edilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: