Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin silsilə tədbirləri başa çatıb

9-11-2015, 16:00
821

http://s019.radikal.ru/i612/1511/fa/b3b530465dcb.jpg


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tərəfindən Dövlət Bayrağı Günü münasibətilə keçirilən silsilə tədbirlər başa çatıb.
Tədbirlərin yekunu olaraq noyabrın 9-da Dövlət Bayrağı Meydanının səkkiz guşəli pedestalında fəxri qarovul dəstəsinin düzülməsi mərasimi təşkil edilib.
Mərasimdə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəhbərliyi, ictimaiyyətin nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri, məktəblilər və şəhərimizin qonaqları iştirak ediblər.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi aparatının rəhbəri Elmir Bağırov jurnalistlərə deyib ki, bayram münasibətilə Azərbaycan bayrağına həsr olunan poçt markaları dövriyyəyə buraxılıb. Təhsil Nazirliyi ilə birgə Dövlət Bayrağı Meydanına gənclərin yürüşü təşkil edilib. Bundan başqa, Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birlikdə veloyürüş keçirilib, Gənclər Fondu, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və digər dövlət qurumları ilə birlikdə mədəni-kütləvi tədbirlər həyata keçirilib.
Bildirilib ki, tədbirlərin son günündə ilk dəfə olaraq Dövlət Bayrağı Meydanında fəxri qarovul dəstəsinin düzülməsi mərasimi təşkil edildi. Bu tədbir də ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Bütün bunlar Azərbaycan bayrağına olan sevginin, diqqətin göstəricisidir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: