Müdafiə naziri: Azərbaycan əsgərlərinin ruh yüksəkliyi düşməni qorxudur

9-11-2015, 17:00
1 163

http://s017.radikal.ru/i426/1511/06/e93cab01dd02.jpg


Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birində Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı bir daha şəxsi heyətin diqqətinə çatdırılıb.
Düşmənlə üz-üzə səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən tədbirdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdıraraq deyib: "Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində ordu son vaxtlar sürətlə inkişaf edir, bütün istiqamətlərdə yüksək nailiyyətlər əldə olunub.
Cəbhədə keçirilən tədbirlər nəticəsində xeyli sayda düşmən məhv edilib, o, psixoloji cəhətdən sarsıdılıb. Əsgərlərimizin ruh yüksəkliyi düşməni qorxudur. Onlar vahimə içərisindədirlər.
Müdafiə Nazirliyinin rəhbərliyi ilə cəbhə bölgəsində şəxsi heyətin xidməti döyüş fəaliyyətini, döyüş növbəsini yoxladıq. Bir daha əmin olduq ki, Azərbaycan əsgəri mərd şəkildə cəbhədə düşmənlə üz-üzə dayanaraq onu işğal olunmuş torpaqlarımızdan qovaraq ərazilərimizi azad etməyə tam hazırdır. Buna nail olmaq üçün bizim bütün imkanlarımız var.
Hər gün ordumuz müasir silahlar, toplar, zirehli texnikalarla silahlanır, yeni tikililər, o cümlədən sizin də xidmət etdiyiniz hərbi hissə əsgər və zabitlərin istifadəsinə verilir. Bunlar hamısı bizə imkan verir ki, haqq sözümüzü, mövqeyimizi müdafiə edək və qısa müddətdə ermənilərə göstərək ki, Azərbaycan xalqı, ordusu onlardan qat-qat üstündür. Biz bunu bu yaxınlarda düşmənə sübut edəcəyik. Qısa müddət ərzində həyata keçirilən əməliyyatlar göstərdi ki, işğalçını hansı aqibət gözləyir.
Bu bayram günündə mən xüsusi qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentin bizə təqdim etdiyi döyüş bayrağımız da dövlət bayrağının rəmzlərini əks etdirir. Biz hamımız bir yerdə o günü yaxınlaşdırmalıyıq ki, döyüş bayraqlarımızı Azərbaycanın işğal olunmuş torpaqlarında ucaldaq".
Zakir Həsənov bildirib ki, hər bir Azərbaycan əsgəri nümunəvi nizam-intizama malik olmalı, xidməti fəaliyyətini, döyüş hazırlığını daim artırmalı, sərəncamındakı ən müasir silah-sursat, hərbi texnikanı bacarıqla istifadə etməyə qadir olmalı, işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır. Azərbaycan Silahlı Qüvvələrinin gücü məhz şəxsi heyətin vətənpərvərliyində, döyüş əzmi və ruh yüksəkliyində, yüksək nizam-intizamında və peşəkarlığındadır.
Nazir şəxsi heyəti bayram münasibətilə bir daha təbrik edib, uğurlar arzulayıb


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: