Sərbəst və yunan-Roma güləşçilərimiz Moskvada keçirilən turnirdə ikinci yeri tutublar

9-11-2015, 20:00
948

http://www.azerbaijan-news.az/images/contents/e5d9b978f9faa3bb201b9b8f8879b894.jpg


Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri başa çatıb. Turnirdə güləşin hər üç növü üzrə Azərbaycan yığma komandaları mübarizə aparıb.
Yarışların üçüncü günündə sərbəst və yunan-Roma güləşi üzrə final görüşləri keçirilib. Hər iki yığma komandamız qrup görüşlərini qələbə ilə başa vurub və finala yüksəlib. Finalda həm sərbəst, həm də yunan-Roma yığmamız Rusiya komandası ilə qarşılaşıb.
Yunan-Roma güləşçilərinin qarşılaşmasında 6:2 hesabı ilə qalib gələn Rusiya komandası turniri ilk sırada tamamlayıb. Azərbaycan yığması isə Avropa Millətlər Kuboku turnirini gümüş medalla başa vurub.
Sərbəst güləşçilərin qarşılaşmasında hesab 5:3 Rusiya yığmasının xeyrinə başa çatıb. Yeddi güləşçi ilə mübarizə aparan sərbəst güləş üzrə yığmamız da Avropa Millətlər Kuboku turnirinin gümüş medallarına sahib olub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: