Hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi başlanıb

9-11-2015, 23:00
847

http://www.azerbaijan-news.az/images/contents/caf95842e433f96759af3a4ad0695692.jpg


2015-ci ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsindən hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü əsgər Məhəmməd Malik oğlu Siraclının ölümü ilə əlaqədar Qazax Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir: "Bildiririk ki, baş vermiş hadisə ilə bağlı ictimaiyyətə dəqiq məlumatın çatdırılması məqsədilə müvafiq qaydada Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir. Lakin bəzi kütləvi informasiya vasitələri tələskənliyə yol verərək qeyri-dəqiq, rəsmi təsdiqlənməyən məlumatlar yaymaqla ictimaiyyətdə yanlış təsəvvürün yaranmasına səbəb ola bilər. Buna görə də Silahlı Qüvvələr haqqında verilən xəbərlərin Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi bir daha tövsiyə olunur".


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: