Müdafiə Nazirliyinin bir qrup əməkdaşına polkovn

10-11-2015, 01:00
929

http://www.azerbaijan-news.az/images/contents/dcd36dc64abc719270999bbf2e6192f3.jpg


Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, bir qrup zabitə polkovnik hərbi rütbəsi verilib.
Hərbi qulluqçuları qəbul edən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir son vaxtlar dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində silahlı qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən danışıb.
General-polkovnik Z. Həsənov vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqət və qayğıya cavab olaraq hər bir zabit üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, silahlı qüvvələrimiz xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: