Erməni tərəfinin uydurması Azərbaycan-Rusiya münasibətlərinə heç bir xələl gətirə bilməz

10-11-2015, 02:00
781

http://www.azerbaijan-news.az/images/contents/85c6586cb59b0ffcfab0400b25ce378e.jpg



Ermənistanın bəzi kütləvi informasiya vasitələri dövlət sərhədində Rusiyaya məxsus yük maşınının guya atəşə tutulması barədə gülünc, cəfəng məlumat yayıblar. Görünür, son vaxtlar iflasa uğrayan erməni hərbi və təbliğat sistemi Azərbaycan və Rusiya münasibətlərinin mehriban dostluq, qonşuluq, tərəfdaşlıq çərçivəsində olmasından və ikitərəfli əlaqələrimizin yüksələn xətlə inkişafından həmişə olduğu kimi yenə də narahatdır.
Müdafiə Nazirliyinin mətbuat xidməti bununla bağlı sorğusuna cavab olaraq bildirir ki, erməni tərəfi Azərbaycan və Rusiya arasında əlaqələrə qısqanclıqla yanaşır, həsəd və qibtə hisslərini cilovlaya bilmir. Odur ki, məqsədyönlü surətdə törətdikləri hadisəni növbəti dəfə Azərbaycan tərəfinin üzərinə yıxmaqla, guya öz aləmlərində bu münasibətlərə xələl gətirə biləcəklərini düşünürlər.
Silahlı Qüvvələrimiz tərəfindən mülki sakinlərə, qeyri-döyüş texnikasına və obyektlərə heç vaxt atəş açılmayıb. Buna görə də yayılan məlumatların heç bir əsası yoxdur, tam uydurmadır və düşmən tərəfinin növbəti uğursuz təxribat cəhdidir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: