Rusiyalı deputat: Xəzərin zəngin ehtiyatlarının qorunub saxlanması yollarını tapmaq vacibdir

10-11-2015, 05:00
954

http://www.azerbaijan-news.az/images/contents/c17fc42ac54fc261ad45904d5d6a611d.jpg


Xəzər enerji və bioehtiyatlarla zəngin olan mühüm regiondur. İnsanlar Xəzərin ətrafında min illərdir yaşayırlar və bu gün biz yekdil fikrə gəldik ki, birləşmək və oradakı olduqca zəngin təbii ehtiyatlardan səmərəli istifadə etmək lazımdır.
Bu fikri Rusiya Federasiyası Dövlət Dumasının milli məsələlər komitəsinin sədri Hacımet Səfərəliyev müsahibəsində səsləndirib.
O deyib ki, biz, eyni zamanda, vaxtilə bir dövlətin tərkibində yaşayarkən mövcud olan münasibətləri mütləq inkişaf etdirməliyik. Bu gün Rusiyanın Xəzəryanı dövlətlər arasında Qazaxıstan və Azərbaycan kimi mühüm tərəfdaşları var.
H.Səfərəliyev deyib: "Bu baxımdan, Xəzərin problemlərini, enerji resurslarından səmərəli istifadə olunması, bu nadir bioregionun qorunub saxlanması yollarını müzakirə etmək vacibdir. "Xəzər paradiqması/ЕћƏT enerji forumu" adlanan bu beynəlxalq konfrans fikir mübadiləsi baxımından çox əhəmiyyətlidir".
Müsahibimizin fikrincə, Aktau forumu regionda dostluq və əməkdaşlıq siyasətinin davam edilməsinə töhfə verəcək.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: