Bakı Limanının yeni bayrağı qaldırılıb

10-11-2015, 06:00
866

http://www.azerbaijan-news.az/images/contents/5f792e08ab88f7ed44b4288647af75e5.jpg



Noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Dəniz vağzalının qarşısında Azərbaycanın üçrəngli bayrağı, Bakı şəhərinin və Bakı Limanının bayraqları qaldırılıb.
Bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Mərasimdə çıxış edən QSC-nin Baş direktoru Taleh Ziyadov bayram münasibətilə iştirakçıları təbrik edib və dövlət bayrağımızın əhəmiyyətindən danışıb. O deyib: "1918-ci ilin məhz bu günü ilk dəfə dalğalanan üçrəngli bayrağımız bu gün milli kimliyimizin, milli dəyərlərimizin və suverenliyimizin əsasını təşkil edir".
Tarixən bayrağın qaldırılmasından daha önəmli və məsuliyyətli öhdəliyin bu bayrağın daim qürurla dalğalanmasını təmin etmək olduğunu bildirən T. Ziyadov bu işdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin danılmaz rolunu xüsusi vurğulayıb.
Açılış nitqindən sonra dövlət himnimizin sədaları altında Azərbaycanın üçrəngli bayrağı, Bakı şəhərinin bayrağı və Bakı Limanının yeni bayrağı qaldırılıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: