İordaniyada atışma nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb

10-11-2015, 07:00
818

http://www.azerbaijan-news.az/images/contents/f1b362fc7cbbb016ac217328c61eceea.jpg


İordaniyanın paytaxtı Əmmanın şərqində yerləşən tədris mərkəzində polislə əcnəbi təlimatçılar arasında atışma olub.
Bu barədə məlumatı PETRA informasiya agentliyinə İordaniyanın KİV-lərlə iş üzrə dövlət naziri Mohammad al-Momani verib. O, qeyd edib ki, paytaxt Əmmanda polis hazırlığı mərkəzində baş verən atışmada 3 əcnəbi təlimçi həyatını itirib. Onlardan ikisi ABЕћ, biri Cənubi Afrika Respublikası vətəndaşı olub.
Nazir vurğulayıb ki, qətlə yetirilənlər İordaniyada müqavilə əsasında işləyirdilər. Daha iki amerikalı və dörd iordaniyalı yaralanıb. İordaniyalılardan birinin vəziyyəti ağırdır.
Mohammad al-Momaninin sözlərinə görə, atəş açan şəxs polislər tərəfindən öldürülüb. Hadisənin baş vermə səbəblərinin araşdırılması üzrə istintaq başlanıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: