"Opinione Pubblica": Azərbaycan multikulturalizmi ölkənin güc elementidir

10-11-2015, 14:30
837

http://s020.radikal.ru/i702/1511/f3/44799e5c1d01.jpg


Qafqaz ölkələrində gedən siyasi, sosial və mədəni proseslərə dair yazılarla çıxış edən italiyalı tədqiqatçı, jurnalist Ciuliano Bifolkinin "Opinione Pubblica" qəzetində Azərbaycan haqqında məqaləsi dərc olunub.
Müəllif yazır ki, bu gün multikultural cəmiyyətlər artıq yenilik yox, getdikcə daha çox özünü təsdiqləyən bir reallıqdır. Müxtəlif mədəniyyətlərə və dinlərə mənsub insanların məskunlaşdığı ölkə kimi İtaliyanı multikultural bir cəmiyyət kimi də səciyyələndirmək olar.
Məqalədə bildirilir ki, Orta Ећərqdə və Afrikanın şimalında baş verən münaqişələr, onların doğurduğu yeni miqrant axınları fonunda aydın olur ki, multikulturalizm cəmiyyətimizdə həlledici rol oynayacaq. Təəssüf ki, İtaliya, göründüyü kimi, həm dövlət olaraq, həm də sosial baxımdan baş verən bu dəyişikliklərə cavab verməyə hazır deyil. Göstərilən problemi həll etmək üçün İtaliya multikulturalizmin uzun müddət ərzində cəmiyyətin özəlliklərindən biri olduğu ölkələrin, məsələn Azərbaycanın təcrübəsinə müraciət etməlidir.
Oxucuların diqqətinə çatdırılır ki, "Multikulturalizm və plüralizm: Azərbaycanda və Mərakeşdə dini etiqad azadlığı" mövzusunda keçirilmiş konfransda məhz bu məsələ müzakirə olunub. Tədbirdə Mərakeşin İtaliyadakı səfiri S.Y. Hassan Ayub, Papa Lüteran Universitetinin rektoru Enriko Dal Kovolo, Avropa Universitet İnstitutunun baş katibi Paskuale Ferrara, Papa Lüteran Universitetinin teologiya tarixi üzrə professoru Lyubomir Zak, Roma Tre Universitetinin fəlsəfə tarixi üzrə professoru Benedetto İppolito, psixiatr və psixoloq Alessandro Melutsi iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd bu ölkələrin multikulturalizm sahəsindəki siyasətini, eləcə də İtaliyanın onların təcrübəsindən necə faydalana biləcəyini təhlil etmək idi.
Məqalədə deyilir: "Azərbaycanın siyasətini daha yaxşı başa düşmək üçün biz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri ilə görüşdük. Bu Mərkəz Azərbaycan hökuməti tərəfindən multikultural Azərbaycan cəmiyyətini tədqiq və təşviq etmək üçün yaradılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bakı Slavyan Universiteti ilə birgə işləyib hazırladıqları və qarşısına Azərbaycan multikulturalizminin xaricdə, - İtaliya, Bolqarıstan, Belarus, Rusiya, Gürcüstan, Portuqaliya, Litva, Çexiya kimi ölkələrdə təbliğ edilməsi məqsədinin qoyulduğu layihə böyük maraq doğurur. Layihə universitetlərdə multikulturalizm kursunun tədrisini və Azərbaycanda yay məktəbinin təşkilini nəzərdə tutur.
Ötən il ilk dəfə olaraq layihə üzrə nəzərdə tutulmuş mühazirələr oxunub. Cari il oktyabrın sonunda isə Bakı Slavyan Universitetinin diplomatiya və xarici siyasət kafedrasının dosenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təmsilçisi İrina Kuninanın Romaya, La Sapienza Universitetinə ezam olunması sayəsində Azərbaycan multikulturalizminə həsr olunmuş növbəti kursa start verildi.
Artıq Romada tədris təcrübəsi olan İrina Kunina deyib: "İlkin olaraq tələbələr Azərbaycan haqqında məhdud və səthi bilgilər nümayiş etdirirdilər. Onların daha çox Dağlıq Qarabağ münaqişəsi və ya ölkənin enerji ehtiyatları barədə məlumatları olurdu. Lakin mühazirələr davam etdikcə tələbələr Azərbaycanın tarixi və sosial-mədəni inkişafının özəlliklərini daha dərindən başa düşürdülər, onu dünyada ən tolerant ölkələrdən biri kimi tanımağa başlayırdılar".
Müəllif yazır ki, İ.Kuninanın mühazirələrində iştirak etmiş tələbə Françeska Ekuestrenin söylədiklərindən onun bu proqramda məmnuniyyətlə iştirak etdiyini, Azərbaycan Respublikası Konstitusiyasının dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini təmin edən 18-ci maddəsinə böyük maraqla yanaşdığını görmək olur.
Azərbaycandan və Qafqazdan olan gənc alimlər təşkilatın sədri, La Sapienza Universitetinin Azərbaycan multikulturalizmi üzrə kursun oxunduğu humanitar elmlər fakültəsində beynəlxalq münasibətlər tarixini tədris edən müəllimi Daniel Pomye mühazirələrin təkcə faktların sadalanması üzərində deyil, diqqətin Azərbaycan incəsənətinin, ədəbiyyatının, tarixinin və siyasətinin müxtəlif məqamları üzərində cəmlənməsi əsasında qurulduğunu göstərərək layihəni müsbət dəyərləndirib.
Mərkəzin nümayəndələri ilə görüş zamanı analitik tədqiqatlar şöbəsinin müdiri Nəriman Qasımzadə bildirib ki, Azərbaycan hökumətinin siyasəti etnik və mədəni azlıqların hüquqlarının müdafiəsinin hüquq sisteminə daxil edilməsini nəzərdə tutur. Bu siyasətə misal kimi azlıqların dillərinin qorunması məqsədilə bu dillərin məktəblərdə tədrisini göstərmək olar.
N.Qasımzadə deyib: "Azərbaycan cəmiyyətinin sosial tərkibi rəngarəngdir, bu tərkibə təkcə azərbaycanlılar deyil, həm də gürcülər, ermənilər, türklər, avropalılar və Qafqazın tipik azlıqları daxildir. Bu cür çoxmillətlilik və multikulturallıq Azərbaycanı narahat etmir, o, özünə təkcə azərbaycanlıların ölkəsi kimi baxmır, əksinə, böyük sivilizasiyaların və qədim imperiyaların, yəhudiliyin, xristianlığın və İslamın yayılmasının şahidi olmuş tarixini, mədəni mirasını ön plana çəkir. Vaxtilə Qafqaz Albaniyası Kilsəsi ərazimizin səciyyəvi xüsusiyyətlərindən biri olub və biz xristian dünyası ilə münasibətlərimizlə fəxr edirik. Biz həm də Azərbaycandakı yəhudi azlığı ilə və ya İslamla, – hazırda ölkəmizdə üstünlük təşkil edən dinlə, - fəxr edirik. Bundan başqa, biz İranla, Türkiyə və Rusiya ilə münasibətlərimizin inkişaf etdirilməsinə imkan vermiş keçmişimizi də dana bilmərik. Bütün bunlara cəmiyyətimizdə multikulturalizmin və dini plüralizmin rəğbətləndirilməsini mümkün edən mənbələr kimi baxırıq".
İtaliya və onun müxtəlif mədəniyyətlərə və dinlərə mənsub insanların birgə yaşayışı problemləri ilə bağlı N. Qasımzadə deyib: "İtaliya əvvəllər heç vaxt çoxmillətli ölkə olmayıb, buna görə də indi, təbii ki, vəziyyəti necə idarə etməli olduğunu bilmir. Sizin ölkənizə, artıq uzun müddət ərzində xalqın Azərbaycan, rus dillərində, eləcə də Qafqaz azlıqlarının dillərində, hazırda isə həm də ingilis dilində danışdığı Azərbaycandan fərqli olaraq, həmişə vahid mədəniyyət və dil xas olub. Son dövrlərin dini ekstremizm təzahürləri ilə əlaqədar müxtəlif konfessiyaların yanaşı mövcudluğu məsələsindən danışarkən deməliyəm ki, sovet sistemi bizim ölkəmizə böyük təsir göstərib. Bu sistem Azərbaycana dövlət tərəfindən qorunmağınız sayəsində istədiyiniz dinə etiqad edə biləcəyiniz dünyəvi dövlət olmağa imkan verən bir miras qoyub. Misal kimi, Roma Papası II İohann Pavelin Azərbaycana səfərindən sonra Bakıda Prezident İlham Əliyevin göstərişi ilə köhnə kilsənin yerində tikilmiş yeni katolik kilsəsini göstərə bilərəm. Bu yeni kilsə bizim bütün dillərə qarşı tolerant olmağımızın, istənilən icmaya bir yerə yığışmaq imkanı yaradılmasının simvoludur".


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: