Zaqatalada yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzi qapılarını ictimaiyyətin üzünə açıb

10-11-2015, 15:00
1 250

http://s019.radikal.ru/i620/1511/88/0059c3984281.jpg


Prezident İlham Əliyevin xeyir-duası ilə bir neçə gün öncə istifadəyə verilən Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi noyabrın 10-da qapılarını ilk dəfə rayon ictimaiyyətinin üzünə açıb.
9 noyabr - Dövlət Bayrağı, 12 noyabr – Konstitusiya və 17 noyabr – Milli Dirçəliş günləri münasibətilə Mərkəzdə keçirilən ilk rəsmi tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək, dahi rəhbərin burada ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən Mərkəzin ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, tədqiqi və təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, müstəqilliyinə qovuşan hər bir ölkənin, xalqın tarixində onun varlığını bildirən müqəddəs günlər vardır. Hər il noyabrda ölkəmizdə qeyd olunan Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günləri də tariximizin məhz belə şərəfli səhifələrindəndir.
Vurğulanıb ki, bu günlər respublikamızın hər yerində Dövlət Bayrağı Günü böyük təntənə ilə qeyd edilir. 1918-ci ildə qaldırılan üçrəngli bayraq müqəddəs bir amala çevrilsə də, iki il sonra, 1920-ci il aprelin 20-də Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə bu dövlət rəmzinə olan sevgi uzun illər ürəklərdə yaşadılıb. Yalnız 70 il sonra, 1990-cı ilin noyabrında ümummilli lider Heydər Əliyevin böyük cəsarət və əzmkarlığı sayəsində ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi Ali Sovetin binasında öz şərəfli yerini tutub. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər dövlət rəmzləri kimi, üçrəngli bayrağımız da bərpa edilib.
Tədbirdə, həmçinin "Heydər Əliyev Azərbaycan Konstitusiyasının yaradıcısıdır" və "Milli qürur günümüz" mövzularında məruzələr dinlənilib. Çıxış edənlər Azərbaycanın ilk milli Konstitusiyasının qəbul olunmasını çağdaş tariximizin ən mühüm hadisələrindən biri kimi dəyərləndirib, milli dövlətçiliyimizin formalaşması və inkişafında Konstitusiyanın müstəsna rolu və əhəmiyyətindən danışıblar. Əsas Qanunumuzun qəbul olunmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri önə çəkilib.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan gənclərə üzvlük vəsiqələri verilib, həmçinin təhsil və idman sahəsində fərqlənənlərə mükafatlar təqdim olunub.
Tədbirin sonunda "Tariximizin əbədi şahidi" mövzusunda sənədli film nümayiş etdirilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: