ADA və Aqrar Universitetinin əməkdaşlığına start verildi

12-11-2015, 15:00
1 289

http://s019.radikal.ru/i637/1511/48/2fdb380a2016.jpg


http://s017.radikal.ru/i431/1511/16/630d6be0bb36.jpg


http://s005.radikal.ru/i212/1511/a8/d74449546b36.jpg


http://s008.radikal.ru/i306/1511/cb/0814c5df7cd8.jpg


ADA Universitetinin aparıcı əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla keçirilən görüşdə Respublika Kənd Təsərrüfatı Nazirliyi və ADA Universiteti arasında bağlanan anlaşma memorandumuna əsasən 2016-2017-ci tədris ilində kənd təsərrüfatı üzrə MBA proqramı ilə magistr hazırlığı müzakirə edilib.
ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə 17 ay davam edəcək tədris proqramını müvəffəqiyyətlə bitirənlər ADA Universitetinin magistrantı dərəcəsini qazanacaqlar. Bu proses Azərbaycan Dövlət Aqrar Universiteti ilə zəruri əlaqələndirmə və əməkdaşlığı həyata keçirəcək. İxtisası seçənlər MBA tədris proqramı çərçivəsində kənd təsərrüfatı sənayesinin əsasları, iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə nəzəri fənlər və praktiki seminarlar keçəcəklər. Magistrantlar beynəlxalq təcrübədən yararlanmaq məqsədi ilə xaricə təhsil mübadiləsi səfəri də edəcəklər. Bütün xərclər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ödəniləcəkdir.
ADA Universitetinin Biznes məktəbinin dekanı, doktor Nejdet Delener deyib ki, Gözləyirik ADAU-nun tələbələri MBA proqramına mürciət edəcəklər. Biz də o tələbələrin magistr pilləsində hazırlığını keçəcəyik. Digər müxtəlif sahələrdə-professorların təlimi, tələbə mübadiləsində də əməkdaşlıq edəcəyik. Bu əməkdaşlıq hər iki universitet üçün əhəmiyyətli olacaq.
Nümayəndə heyətinə ADAU-nu tədris bazası haqqında geniş məlumat verilib, dünya universitetləri ilə aparılan əməkdaşlığın uğurlarından məlumat verilib. Görüşdən sonra ADAU-nun Aqrobiznes və idarəetmə fakültəsinin iclas salonunda ADA Universitetinin əməkdaşları tərəfindən kənd təsərrüfati üzrə MBA magistr proqramının təqdimatı keçirilib.

Qalib Rəhimli,
ADAU-nun Mətbuat Xidmətinin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: