Məişət zorakılığının qarşısının alınması üzrə əməkdaşlığın istiqamətləri müzakirə edilib

13-11-2015, 20:00
866

http://s020.radikal.ru/i705/1511/35/3e72d3358da4.jpg


Noyabrın 13-də Bakıda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə "Məişət zorakılığının qarşısının alınması" mövzusunda beynəlxalq konfrans keçirilib. Bu tədbirlə əlaqədar, Türkiyənin ailə və sosial siyasət nazirinin müavini Əbubəkir Ећahin başda olmaqla ölkəmizdə rəsmi səfərdə olan nümayəndə heyəti də konfransda iştirak edib.
Noyabrın 13-də Türkiyə nümayəndə heyəti AQUPDK-nın sədri Hicran Hüseynova ilə görüşüb.
Azərbaycanın artıq çoxdan mühüm beynəlxalq tədbirlər keçirilən məkana çevrildiyini qeyd edən H.Hüseynova vurğulayıb ki, Azərbaycan qadınları ölkədə həyata keçirilən möhtəşəm layihələrdə fəal iştirak edirlər. Azərbaycanda qadın hüquqlarının qorunması, qadınların iqtisadi müstəqilliyinin artırılması, dövlət siyasətinin həyata keçirilməsində onların rolunun güclənməsi istiqamətində mühüm addımlar atılıb. AQUPDK sədri beynəlxalq konfransın mövzusu ilə əlaqədar qeyd edib ki, ölkəmizdə erkən nikahların qarşısının alınması üzrə görülən tədbirlər ailələrdə məişət zorakılığı faktlarının azalmasına kömək edib. H.Hüseynova qeyd edib ki, türkiyəli həmkarlarımızın bu sahədə böyük təcrübəsi var və biz də bu təcrübədən bəhrələnmək istərdik.
Əbubəkir Ећahin Türkiyənin ailə və sosial siyasət naziri Ayşənur İslamın Hicran Hüseynovaya şəxsi salamını çatdıraraq vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı ölkələrimiz arasında münasibətlərin bütün sahələrində təsdiqlənir. Ə.Ећahin beynəlxalq konfransın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Türkiyə və Azərbaycan ortaq tarixi, mədəni və dini köklərə malikdir. Ölkələrimiz arasında bu sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu bildirən nazir müavini qadın hüquqlarının müdafiəsi, tibbi və sosial xidmətlərdən istifadə imkanlarının artırılması, qadınlara münasibətdə zorakılığın qarşısının alınması məsələlərinə dair beynəlxalq forumlarda Azərbaycan rəhbərliyinin dəstəyinin vacibliyini qeyd edib.
Görüşdə konfransın mövzusuna dair geniş fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: