Suriyaya dair Vyana konfransı gücləndirilmiş təhlükəsizlik rejimində

14-11-2015, 20:00
862

http://www.azerbaijan-news.az/images/contents/4e77b227f6dcfabc13b4da56b16231e2.jpg


Noyabrın 14-də Vyanada Suriya böhranına həsr olunmuş növbəti beynəlxalq konfrans başlayıb.
Noyabrın 13-də Parisdə 150-dən çox insanın ölümü ilə nəticələnmiş terror aktları fonunda konfransın keçirildiyi "İmperial" oteli hermetik şəkildə bağlanıb, yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Avstriya Daxili İşlər Nazirliyindən bildirilib ki, ölkədə konkret təhlükə ssenarisi gözlənilməsə də, Suriya konfransı ilə bağlı ümumi təhlükəsizlik tədbirlərinin preventiv şəkildə gücləndirilməsi lazım gəlib. Eyni zamanda Avstriyanın federal kansleri yaranmış vəziyyətlə bağlı hökumətin təcili iclasını çağırıb.
Konfransda ABЕћ, Rusiya, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı və Türkiyə daxil olmaqla, 17 ölkənin xarici işlər idarələrinin rəhbərləri, eləcə də Avropa İttifaqı və BMT nümayəndələri iştirak edirlər.
Mətbuata sızan məlumatlara əsasən, konfransda Suriyada siyasi keçid prosesinə dair ölkə rəhbərliyi ilə danışıqlar aparmalı olan şəxslərdən və müxalifətçilərdən ibarət siyahının hazırlanması nəzərdə tutulur. Təxminən 20-25 nəfərlik siyahı siyasi islahatlar və təhlükəsizlik məsələləri üzrə iki komissiyaya bölünməlidir.
Konfrans öncəsi Qərb dövlətləri Suriyanın gələcəyini prezident Bəşər Əsədin iştirakı olmadan gördüklərini bəyan etdikləri halda, Rusiya və Suriya ilə müttəfiq digər ölkələr suveren dövlətin xalq tərəfindən seçilmiş dövlət başçısının vəzifəsindən kənarlaşdırılmasının yolverilməz olduğunu bildirirlər.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: